Elnarə Xəlilova, İlkin Hüseynov - Bəlkə mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova, İlkin Hüseynov - Bəlkə mahnı sözləri lyrics]

Bəlkə bir saatdır, bəlkə daha çox
Yoxluğun yol cızır,  mən də gedirəm
Qoxun var,  izin var, amma özün yox
Çatmışam keçmişə və ləngiyirəm

Ürəyim içimdə əzilən kimi
Sinəmin qapısını döyür, açıram
Yadıma sən seçən yar düşən kimi
Səni də onunla qoyub qaçıram

İndi mən sən olum, sən də ki, mən ol
Görək kim kimin ürəyin daşıya bilər?
Qoy yer göy üzüylə yerin dəyişsin
Görək, kim harada yaşaya bilər?

Hərdən yadıma salanda səni
Xatirələr məni bərk edir
Hər şey qüsursuz olanda belə, insan yorulur
Tərk edir hərdən bu sevgi dərd olur bizə
Doğma şəhərdə mühacirət
Fürsət saydığın hər şey əksimizə


Bəlkə də bundadır faciə
Yad üzdə cizgini tapmağa nə var
Ürəyim yüz yerə bölünsə
Bu, bir ucsuz adada qalmaq kimiydi
"ikimizi dondurur görürsən" desən
Hələ də bu səhvi anlamırsan
Bir düzü dörd səhv bağlamırsa
Bil, bu oyunda qaydalar yoxdursa belə
Sən düzgün oynamırsan

İndi mən sən olum, sən də ki, mən ol
Görək kim kimin ürəyin daşıya bilər?
Qoy yer göy üzüylə yerin dəyişsin
Görək kim harda yaşaya bilər?
İndi mən sən olum, sən də ki, mən ol
Görək kim kimin ürəyin daşıya bilər?
Qoy yer göy üzüylə yerin dəyişsin
Görək kim harada yaşaya bilər?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio