Elnarə Xəlilova, Füzuli Musayev - Gözəl Həyat mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova, Füzuli Musayev - Gözəl Həyat mahnı sözləri lyrics]

Mənasız keçərdi bu həyat, əgər insan
Yaşayan zamanda olsa tək
Bilirəm, olarıq mehriban, yalnız o an
Həyatı sevgiylə biz keçsək

Aləm gözəldir hər zaman
Bunu görür, bilir insan
Bu gözəl dünyanı qoruyan
Yaşayar xoşbəxt, inan

Göydə ay, günəş də, ulduzlar da bizimdir
Yerdə göl, meşələr, dağ, dəniz
Əsrlər ötdükcə dəyişilmir elimiz
Dəyişirik dünyanı təkcə biz

Yuxular kimi illər ötüb keçəcək
Qocalıq gəlib bizi seçəcək
Gedəndən sonra tək xoş əməllərimiz
Yaddaşdan silinməyəcək

Aləm gözəldir hər zaman
Bunu görür, bilir insan
Bu gözəl dünyanı qoruyan
Yaşayar xoşbəxt, inan

Aləm gözəldir hər zaman (hər zaman)
Bunu görür, bilir insan
Bu gözəl dünyanı qoruyan
Yaşayar xoşbəxt, inan

Mənasız keçərdi bu həyat, əgər insan
(bu həyat)
Yaşayan zamanda olsa tək (olsa tək)
Bilirəm, olarıq mehriban, yalnız o an
Həyatı sevgiylə biz keçsək
Həyatı sevgiylə biz keçsək
Həyatı sevgiylə biz keçsək

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio