Elnarə Xəlilova, Qan Qrupu - Yaddaş mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova, Qan Qrupu - Yaddaş mahnı sözləri lyrics]

Günəş dan yeriylə savaşır
Yağış yeri güllələyir
Dörd Azəri əsgər atışır
Vurur, düşməni izləyir

Dörd mərd oğlan, dörd dost, dörd əsgər
Soyuq qandan qurub çəpər

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

Yenə düşmən hücuma keçib
Güllələrlə nəfəs donub
Allah bizi qisasçün seçib
Azadlıqçün ana doğub

Söz vermişik, dönə bilmərik
Qanımız səhvləri silər

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

Evdə qalıb ana-atamız evdə qalıb həyət, baca
Dostluğumuz bizim arxamız
Düşmən hazırlaşır qaça

Ana vətən, ata silahı qələbə bir azdan gələr

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

Dörd mərd oğlan, dörd dost, dörd əsgər
Vətənçün yanan dörd ürək
Hər an bizim yaddaşa düşər
Bizim qəlbdə qala gərək

Vətənə təhlükə gələrsə
Yenə qalxar bu dörd sipər

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio