Epinrmnv - 120 mahnı sözləri (lyrics)
[Epinrmnv - 120 mahnı sözləri lyrics]
"120" minaatan batareyasıyla
Füzulinin Aşağı Kürdmahmudlu kəndindən
Döyüşə girmişik
Bizlə axıra qədər döyüşüb geri dönməyən
Bütün uşaqların xatirəsinə
Bütün şəhidlərimizin xatirəsinə
"120" ilə müharibəyə başladım
Düşünürdük ki, təlimdir, baş qatır
Mən əsgərin gözündə yaş tapıb
Anladım, əsgərlik, müharibə başqadır
Gülürdüm, yaşayanda anladım mən
Yaraları qaşıyanda anladım
Dərk eləmirdim harada olduğumu
Sonra şəhid daşıyanda anladım
Bir adam zəifdir, bir adam güclü
Bu abu havaya da bir aya düşdük
Gəldiyimiz gün səhv yola girdik
Maşında uşaqlar minaya düşdü
Soyuqda, şaxtada necə dayanırdıq
Zülmət qaranlıqda gecə dayanırdıq
On nəfərə bir tikə əti bölürdük
Amma doydum - deyirdik, biz ona inanırdıq
Sanki o yağış da yağırdı mənə
Mülkidən gəlirəm, ağırdır mənə
Mərmidən üstümə tullanan zabit
Ana əmanəti kimi baxırdı mənə
Yaxınımda bombalar partlayırdı
Yanımızda çox uşaqlar ağlayırdı
Atırdıq, erməni ölürdü
Sevincdən hamı bir-birin qucaqlayırdı
Hamı ölümü belə yox sayırdı
Sanki tanrı sınağa çəkib yoxlayırdı
Torpağa getməyi gözləyən uşaqlar
Hər gün torpaqda yuxulayırdı
Qaçanlar yolların azdılar ki
Bilə-bilə qəbrini qazdılar ki
Soruşsan, tarixini bilməyən uşaqlar
Elə bir tarix yazdılar ki!
Xarıbülbül solmasaydı
Bu ağır günlər olmasaydı
Gözüm olanlara dolmasaydı
Mənim yanımda uşaqlar olmasaydı
Mən ölmüşdüm… sanki bunların hamısını
Öncədən yuxumda görmüşdüm
Çoxdan ölmüşdüm, mən ölmüşdüm
Mən ölmüşdüm
Hamı dua eləyəndə ümidin işıqları sönmüşdü
Sanki bunların hamısını
Öncədən yuxumda görmüşdüm
Mən ölmüşdüm… mən ölmüşdüm
Çoxdan ölmüşdüm, mən ölmüşdüm