Epinrmnv - Başdanxarab 3 mahnı sözləri (lyrics)

[Epinrmnv - Başdanxarab 3 mahnı sözləri lyrics]

Yeey! Bu həyat çox bombadı, qaqaş
Ətağa, ayıb olsun, ayıb olsun, Hamınızı
Salamlıyıram, E P I, iki min
Nə bilim ala neçədirsə
Inşallah, Allahın izniylə deyir, qaqaş, biri
Yaxındı, biri yaddı, biri durdu
Biri yatdı, qaqaş, bunun özü də
Bir istedaddı gör e, Gör şair nə deyir

Biri yaxın, biri yad, dərdinmi milyard?
"PC" başı "GTA 5"ik, axşamüstü bilyard
Hamının başı dəyişir, dəyişdikcə "линия"
Hərə bir bucağa eləyirsə "движения"

Sən baxırsan şokolada karamel olaraq
Adam var ki, yaxşı gəlir bu gün karate onlara
Adam var ki, birin sevir, sona qədər gedir
Amma iki dənə "civi"si var paralel olaraq
Başa salardım, bilmirəm heyif ermənicə
İndiki cavanların elədiyi kayf deyil, məncə
Həyat sənə arxasını döndərirsə, "bratka"


Ona barmaq eləmək elə də ayıb deyil, məncə

Saralmış bulutkalar
Bu "рызла" satan butkalar
Bu söz aparan "мутка"larla
Boşa gedir sutkalar
Dolu dolu "сумка"larla qaldırılır "румка"lar
Paxıllığından acıq edib bizə baxır "сука"lar

Meşə yandı, bircə dənə qaldı meşəbəyi
Meşəbəyi öyrənib bizə "yaxşı" deməyi
Sürdüyümüz "BMW"ləri altı yerə dəyir
Amma çətin görəsən Epinin ağzı yerə dəyir
(yey)

Bu günlər açılmırsa, dünəni sıxırıq
Bu gün ağlayanmı qazanır, ya gülənmi yıxılır?
Musiqisiz həyatımız, sükut dolu yaşayış
"AUX"u olmayan taksilərdə ürəyim sıxılır

Paxıl, yerinə qaxıl, daxıla yaxın baxır
Yaxın yaxın danışıb, cibinə edir axın
Ayağına taxın, çünki hərə bir cür baxır
Ala, baxmağına baxır, amma baxır necə baxır

Tərs nəsildən əmbəsil
Danışır gic-gic hər fəsil
Epinin əsər bəstəsi, küləyin kəsər əsməsi
Tez-tez batır əsəbdən səsim, əsəbdən səsim
Çünki kütlə edir adamı əsəb xəstə
Elə gün yoxdur ki, atam məni danlamaya
Mənsə uzanıb baxıram hər gün özüm damdan aya
Abırdan danışanların birində yoxdur haya
"Bratka", elə "volna"dayam
Yoxdur məni bu tusada anlamayan

Volvo kimi - ölsəm, ayaq üstəyəm
Həyat – ölüm-qalım, incə calaq üstdəyəm
Pul üçün yalan deyir bu, ancaq düz deyən
Çox olub keçəl olub, parik taxıb
Daraq istəyən

İndi Azrep oxşayır sənə, ya Epi kimidir
Epi rep deyir, sən də çalış Epi kimi de
Qaqaşın təvəllüdü 2002-dir
Deyirəm cibindəki 2000-in kiminkidir?

Düşün azından, qurtul yanındakı pazından
Başını qatıb "puzzle"la aranı cır ən azından
Yazmadığın bəlli olur o əl yazından
"Marjinalam, marjinal" - deyib
Ölürsünüz acından

Pələng içib, şir uyur, fil uluyur, it uyur
Sənə oxşayır bir suyu
Bu hissi bizlə bir duyun
Pələng içib, şir uyur, fil uluyur, it uyur
Rep düşdüyüm bir quyu
Bu hissi bizlə bir duyun

Party çıxışım var idi, Muzzi olmadı
Qızı konsertə çağırdım, papparazi olmadı
Dedim "səni götürüm, gedək şəhərdəki evə"
Qız rus dillidir
Mənə deyir "Papa razi olmadı"

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio