Epinrmnv - Gözlərin Dərin mahnı sözləri (lyrics)
[Epinrmnv - Gözlərin Dərin mahnı sözləri lyrics]
Sözlərimdə illərim mən gözlərindən didərgin
Hər səs mərkəzdən gəlməz
Sən səs, mən səndən sərbəst
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs
Dərd-dərd üstünə, hərdən küsdün
Xəlvət üstümə gəlsən düzgün
Bizdən bir daha alınar yəqin
Tək sən tüstümə dəhşət düşdün
Mən səndən, amma sən sərsəm
Sən mənsən, amma tənbəlsən
Mən gəlsəm, yenə gəlmərsən
Amma sən gəlsən, yenə mən tərsəm
Kiminə bəhanə, kiminə ağır
Kiminə fəlakət, kiminə yağış
Kiminə sədaqət, kiminə tanış
Sən min dəfə düşün, amma bir dəfə çağır
İçimdə iki dənə qız var – biri yol istəyir
Biri isə doğrunu
İçimdə iki obraz var – biri polisdir
Biri isə oğrudur
İçimdə iki dənə qız var – biri yol istəyir
Biri isə doğrunu
İçimdə iki obraz var – biri polisdir
Biri isə oğrudur
Hisləri qəlb ələr, "sanki"lər
"kaş ki"lər və "bəlkə"lər
Hər kədər bir qədəhdə tərpədər
Hər dəfə səni düşünüb
Mərtəbə-mərtəbə qalxdım amma mərhəmət yoxdur
Hər qələt yeyənə vermərəm məsləhət
Mənasızdırsa sən qoxan məhlələr
Mənasızdırsa sən qoxan səhnələr
Həqiqəti eşitmir qulaq
Həqiqəti tək mən deyirəm
Hisslərim çox dəyişdi artıq
Mən hisslərə rəhbər deyiləm
Yazdıqlarıma kitab de
Mən qara-qura dəftər deyirəm
Daha bir də axtarma məni
Çünki həmin o Əkbər deyiləm
Gözlərin dərin, dərin gözlədin gəlim, gəldim
Sözlərimdə illərim mən gözlərindən didərgin
Hər səs mərkəzdən gəlməz
Sən səs, mən səndən sərbəst
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs