Epinrmnv - Mən Güvənirəm Bəxtimə mahnı sözləri (lyrics)

[Epinrmnv - Mən Güvənirəm Bəxtimə mahnı sözləri lyrics]

Mən güvənirəm bəxtimə
Mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə
Mən səni yenə salaram qəlbimə
Mən güvənirəm bəxtimə
Mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə
Mən səni yenə salaram qəlbimə

Sən və yeni sevgilin, mən ümid edirəm ki
Yaxşısız yəqin ki, xoşbəxtsiz, ya da ki
Dərdləşib gecəni yatmısız
Xoşbəxt görsənirsiz
Çünki yalan üstə qurulub axışınız
Sən deyilsən yaxşı qız
Çalış həyatının naxışını yaxşı cız
Mən sənin ovucuna həqiqət qoyaram, amma ki
Heç vaxt yalan vermərəm
Qeydinə qalaram düzgün bir qızın
Sevgi yoxdur deyə kalan sevmərəm
Yalandan başqa palan geymərəm, dalına düşüb


Tin dalan getmərəm
Əvvəlki halını it kimi sevirəm
Indiki halına heç salam vermərəm

Hə, "heç kimə bənzəməz"lə "hamı
Kimisən"in arasında incə xətsən
İndi olsam da istəmərsən
Hətta incik olsan da gizləmərsən
Mənə yaxşı gələn bir cəhətsən ki
Həyatıma qalın bir iz çəkərsən
Yoxa çıxa bilərsən bircə həblə
Amma səni sevmədiyimi bil, Cəhənnəm

Mən bilirəm dağ dağlamışam
Soruşana "çovğunam" desəm nə olarki?
Sənə görə sözümü saxlamışam
Desəm "qorxuram", Yesəm nə olarki?
Bilərək telefonu bağlamışam
Özümü "no" kimi aparan "yes"əm nə olarki?
Bütün gecəni mən ağlamışam
Soruşana "yorğunam" desəm nə olarki?

Sən məni atdığın həmən gündən
"нормальный" bir yuxu yata bilməmişəm
Gic-gic yuxular görürəm gecələr
Elə yuxulardan qaça bilməmişəm
"Груз"umu yığmışam aylarla içimə
"груз"umu sənə tərəf ata bilməmişəm
Mən söyəndə söyürəm söyüşümü, sənə
Nə söyüş söyüm, Tapa bilməmişəm

Məni öldürməyə yeltənənlər
Artıq gedibdir yelkən əldən
Sevgimi götürüb yerdən əllə
Onu etmişəm mən özüm yenidən əldə
Bundan sonra məni kim incit'sə
Onun ahı sənindir yeri gələndə
Çünki əgər sən getməsəydin
Məni incidə bilməzdi yeni gələnlər

Dəyişəcək anidən imzam, birdən
Necə çıxır anidən misra dildən
Dəyişəcək anidən insan, birdən
Necə batır əlimizə mismar birdən
Dəyişəcək anidən imkan, birdən
Necə Epiyə gəlir ilham birdən
Öldürə bildin içimdəki uşağı
Fərqlənmirsən İsraildən

Mən güvənirəm bəxtimə
Mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə
Mən səni yenə salaram qəlbimə
Mən güvənirəm bəxtimə
Mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə
Mən səni yenə salaram qəlbimə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio