İlhamə Qasımova, Albay Əfəndi - Dəlicəm mahnı sözləri (lyrics)

[İlhamə Qasımova, Albay Əfəndi - Dəlicəm mahnı sözləri lyrics]

Mənası nə imiş zülmün bu qədər?
Yazmağa nə kağız, nə qələm yetər
Get-gedə artarmış dəli edənlər
Dünya dəlilərlə dolu, dəlicəm

Elə yandırdın ki, dərd içən oldum
Sən ağlın başında, dəli mən oldum
Elə yandırdın ki, dərd içən oldum
Sən ağlın başında, dəli mən oldum

Nurlu bir taleyi viran elədin
Adın həyatımda qaldı "dəlicəm"
Yalvardın "bağışla, dəliyəm" dedin
Adın həyatımda qaldı "dəlicəm"

Nurlu bir taleyi viran elədin
Adın həyatımda qaldı "dəlicəm"
Yalvardın "bağışla, dəliyəm" dedin
Adın həyatımda qaldı "dəlicəm"
Adın həyatımda qaldı "dəlicəm"

(Dəlicəm) (Dəliyəm)

Nəyə istəyirsən, gətir, and içim
Olmaz dəlilərdə bu görkəm, biçim
Bacara bilmirsə ilahi sevgim
Hansı eşq ağlını aldı, dəlicəm?

Elə yandırdın ki, dərd içən oldum
Sən ağlın başında, dəli mən oldum
Elə yandırdın ki, dərd içən oldum
Sən ağlın başında, dəli mən oldum

Nurlu bir taleyi viran elədin
Adın həyatımda qaldı "dəlicəm"
Yalvardın "bağışla, dəliyəm" dedin
Adın həyatımda qaldı "dəlicəm"

Nurlu bir taleyi viran elədin
Adın həyatımda qaldı "dəlicəm"
Yalvardın "bağışla, dəliyəm" dedin
Adın həyatımda qaldı "dəlicəm"
Adın həyatımda qaldı "dəlicəm"

Daha yol yoxdur geriyə dönəm
Dərdimi yazmağa yetməz bir qələm
Mənə hələ doğacaq yeni günlər ki
Qabağıma çıxacaq elə dəlilər ki

Mən dəliyəm, bu da mənim öz qəlbim
Mən dəlicənəm, bu da mənim öz fərqim
Mən istəmədim ki, məni sevəsən
Hələ üstə gəl, mənə ad verəsən (dəlicəm)

Nurlu bir taleyi viran elədin
Adın həyatımda qaldı "dəlicəm"
Yalvardın "bağışla, dəliyəm" dedin
Adın həyatımda qaldı "dəlicəm"

Nurlu bir taleyi viran elədin
Adın həyatımda qaldı "dəlicəm"
Yalvardın "bağışla, dəliyəm" dedin
Adın həyatımda qaldı "dəlicəm"
Adın həyatımda qaldı "dəlicəm"
Adın həyatımda qaldı "dəlicəm"

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio