Röya - Zülmətəm mahnı sözləri (lyrics)
Röya Ayxan [Röyalə Yaqub qızı Nəcəfova] Bakı, Azərbaycan 🇦🇿
[Röya - Zülmətəm mahnı sözləri lyrics]
Sənsiz mən zülmətəm
Gözümün işığı (gözümün işığı)
Amma sən üzülmə həyatın işi bu
Gözlərinin yaşılı, saçının sarısı (saçının sarısı)
Mənim qaranlığıma bu iki rəng yaraşır
Sənsiz mən zülmətəm
Gözümün işığı (gözümün işığı)
Amma sən üzülmə həyatın işi bu
Gözlərinin yaşılı, saçının sarısı (saçının sarısı)
Mənim qaranlığıma bu iki rəng yaraşır
[Nəqarət]
Sən işıqsan, mən zülmətəm
Dözürəm sənsiz zülmə tək
Bu həyatda çarə yoxdu
Sənsizliyə və ölümə tək
Sən işıqsan, mən zülmətəm
Baxmır daha üzün mənə
Demirəm ki, üzül mənə
Amma sənsiz düzəlmərəm
[Bənd 2]
Sən demə doğrularım yalanmış
İşıqlı yollarım qaranlıq dalanmış
Hisslər bu ürəyin xəzinəsidir
Amma ki o xəzinə daha talanmış
Sən demə qəlbim ona inanmış
Göyərçin sandığım demə ilanmış
Bu həyatda insanın tək düşməni
Birinə kor-koranə olan inammış
Sənsiz mən zülmətəm, gözümün işığı
Amma sən üzülmə həyatın işi bu
[Nəqarət]
Sən işıqsan, mən zülmətəm
Dözürəm sənsiz zülmə tək
Bu həyatda çarə yoxdu
Sənsizliyə və ölümə tək
Sən işıqsan, mən zülmətəm
Baxmır daha üzün mənə
Demirəm ki, üzül mənə
Amma sənsiz düzəlmərəm