Xatirə İslam, Tunar Rəhmanoğlu - Ağlar Yenə Də (Duet Versiya) mahnı sözləri (lyrics)
[Xatirə İslam, Tunar Rəhmanoğlu - Ağlar Yenə Də Duet Versiya mahnı sözləri lyrics]
Bilmirəm, heç özüm mən hayana gedirəm
Ayrılırıq, sənə mən heç bir söz demirəm
Belə yazılıb taleyim, səndən, inan, incimirəm
Nə ümidim yox, nə güman yox
Nə gecəm yox, nə sabah yox
Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də
Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də
Gecə-gündüz soraqladım
Tapmadım səni, ağladım
Taleyimə yalvarıram
Yenə səni axtarıram
Gəl qayıdaq o illərə
Düşsün bu sevgi dillərə
Kaş yenə əvvəlki kimi
Qovuşaydıq yenə də!
Mən alışıram, yanıram, söndürsən, sönərəm
"Öl" desən ölərəm, "dön" desən dönərəm
Amma çox, heyif çox
Heyif dön demədin mənə sən
Dönə-dönə yalvarmışam, sən inadından dönəsən
İnadkarsan, günahkarsan
Nə xoş günlər, nə sən varsan
Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də
Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də
Bir vaxt necə sevişərdik
Gizli-gizli görüşərdik
O bağlarda görüşərdik
Üşüyərdik, büzüşərdik
Bu sevginin təsirindən
Çox küsərdik bir-birindən
Amma buna baxmayaraq
Barışardıq yenə də