Xatirə İslam - Ata mahnı sözləri (lyrics)
[Xatirə İslam - Ata mahnı sözləri lyrics]
Ruhumu isidir quru nəfəsin
Gülüşün mənim üçün cənnətdir, ata
Sənsən beşiyim, evim-eşiyim
Sən olmayanda zülmətdir, ata
Sənsən beşiyim, evim-eşiyim
Sən olmayanda zülmətdir, ata
O illərimə qaytar məni
Gözündən qoyma nə olar məni
Yenə səninlə birgə gəzək
Tut əllərimdən körpə uşaqtək
Güclüdür əllərim, yenə möhtacdır
Sənin zəifləyən əllərinə
Sıx məni bağrına qoy toxunsun
Aciz nəfəsim tellərinə
Güclüdür əllərim, yenə möhtacdır
Sənin zəifləyən əllərinə
Sıx məni bağrına, qoy toxunsun
Aciz nəfəsim tellərinə
Mən hər cizgimdə səni görürəm
Mən sənə mən deyə heyranam, ata
Qolum-budağım, yanan ocağım
Sənin kölgəndə sultanam, ata
Qolum-budağım, yanan ocağım
Sənin kölgəndə sultanam, ata
O illərimə qaytar məni
Gözündən qoyma nə olar məni
Yenə səninlə birgə gəzək
Tut əllərimdən körpə uşaqtək
Güclüdür əllərim, yenə möhtacdır
Sənin zəifləyən əllərinə
Sıx məni bağrına qoy toxunsun
Aciz nəfəsim tellərinə
Güclüdür əllərim, yenə möhtacdır
Sənin zəifləyən əllərinə
Sıx məni bağrına qoy toxunsun
Aciz nəfəsim tellərinə
Sıx məni bağrına qoy toxunsun
Aciz nəfəsim tellərinə