Xatirə İslam - Ay Kimidir mahnı sözləri (lyrics)

[Xatirə İslam - Ay Kimidir mahnı sözləri lyrics]


Çəmənlikdə gül-çiçəyin sağ-solunda ələfi var
Dünyada hər bədbəxtliyin həm zərəri
Həm nəfi var
Ürəkdədir sözün kökü, ayıra bil tükdən-tükü
Çox ağırdır amal yükü, çəkə bilsən şərəfi var
Ürək fikrin tilsimidir
Hər qatı bir lay kimidir
İnsan göydə ay kimidir, görünməyən tərəfi var


Vaxt hər dərdin həkimidir
Həyat varkən yox kimidir
Yaydan çıxan ox kimidir
Hər ömürün hədəfi var
Ürəkdədir sözün kökü, ayıra bil tükdən-tükə
Çox ağırdır amal yükü, çəkə bilsən şərəfi var
Ürək fikrin tilsimidir
Hər qatı bir lay kimidir
İnsan göydə ay kimidir, görünməyən tərəfi var



Çəmənlikdə gül-çiçəyin sağ-solunda ələfi var
Dünyada hər bədbəxtliyin həm zərəri
Həm nəfi var
Ürəkdədir sözün kökü, ayıra bil tükdən-tükü
Çox ağırdır amal yükü, çəkə bilsən şərəfi var
Ürək fikrin tilsimidir
Hər qatı bir lay kimidir
İnsan göydə ay kimidir, görünməyən tərəfi var
İnsan göydə ay kimidir, görünməyən tərəfi var
(İnsan göydə ay kimidir
Görünməyən tərəfi var)

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio