Xatirə İslam - Deyirlər Ki mahnı sözləri (lyrics)
[Xatirə İslam - Deyirlər Ki mahnı sözləri lyrics]
Qaranlıq otağına qapanmısan
Yatanda telefon qucağında
Tənhalığı hər kəsdən danmısan
Deyirlər ki, heç kəs bilməsin deyə
Bütün dostlarından ayrılmısan
Qürurun güc gəlibdir ürəyinə
Deyirlər ki, lap qocalmısan
Deyirlər ki
(Deyirlər ki)
Tanışlardan birinin məclisində olmusan
(Deyirlər ki)
Kimsə bizim havanı sifariş eyləyib
(Deyirlər ki)
Qalxmısan ayağa oynamamısan
Deyirlər ki
(Deyirlər ki)
Gözlərin ilə məni orada axtarmısan
(Deyirlər ki)
Kimsə mənim adımı elə-belə söyləyib
(Deyirlər ki)
Məclisdən çıxıb hönkür-hönkür ağlamısan
Deyirlər ki, filmdə olduğu kimi
Rəsmlərimdən bir guşə düzəltmisən
Hal-əhval tutub, sorub kefimi
Orda yatırsan, orda dincəlirsən
Nə biləydim mənim zəngimi
Hər gün, hər an, hər dəqiqə gözləyirsən
Nə biləydim, nə bilim bəlkə lap indi
Qayıdıb gəlsəm, qəbul edərmisən?
Deyirlər ki
(Deyirlər ki)
Tanışlardan birinin məclisində olmusan
(Deyirlər ki)
Kimsə bizim havanı sifariş eyləyib
(Deyirlər ki)
Qalxmısan ayağa oynamamısan
Deyirlər ki
(Deyirlər ki)
Gözlərin ilə məni orada axtarmısan
(Deyirlər ki)
Kimsə mənim adımı elə-belə söyləyib
(Deyirlər ki)
Məclisdən çıxıb hönkür-hönkür ağlamısan