Xatirə İslam - Etiraf mahnı sözləri (lyrics)

[Xatirə İslam - Etiraf mahnı sözləri lyrics]

Sənə bir söz deyim, etiraf elə
Mənasız, boşuna zaman ötürdük
İllərlə bir yerdə olsaq da belə
Düşün nə qazandıq, nəyi itirdik?
Düşün nə qazandıq, nəyi itirdik?

Nəfəsim gəlməyir, çatmayır havam
Heyif gəncliyimə, eyvah halıma
Sənin öz dünyan var, mənim öz dünyam
Sən öz yoluna get, mən öz yoluma
Nəfəsim gəlməyir, çatmayır havam
Heyif gəncliyimə, eyvah halıma
Sənin öz dünyan var, mənim öz dünyam
Sən öz yoluna get, mən öz yoluma

O saf duyğulardan bir əsər yoxdur
Yandırır, göynədir dərdim içimi
Bizi başa düşən, bir nəfər yoxdur
Əvvəldən biz yanlış etdik seçimi
Düşün nə qazandıq, nəyi itirdik?



Nəfəsim gəlməyir, çatmayır havam
Heyif gəncliyimə, eyvah halıma
Sənin öz dünyan var, mənim öz dünyam
Sən öz yoluna get, mən öz yoluma

Nəfəsim gəlməyir, çatmayır havam
Heyif gəncliyimə, eyvah halıma
Sənin öz dünyan var, mənim öz dünyam
Sən öz yoluna get, mən öz yoluma
Mən öz yoluma

Hər şey bir film kimi idi
Əvvəlindən sonunu bilmədən
Anlamadan sevdik bir-birimizi
Xoşbəxtlikdən başlayan ayrılıq
Arxama baxmadan gedirəm
Çünki baxıb səni geridə görməyə
Gözlərimin gücü yoxdur
Deyiləcək çox söz var, ancaq deyiləsi deyil
Ən yaxşısı, susmaqdır

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio