Xatirə İslam - Ey Dost mahnı sözləri (lyrics)
[Xatirə İslam - Ey Dost mahnı sözləri lyrics]
Həmdəm oldu hər an mənə
Bilmirəm, heç necə əl qaldırdım sənə
Yer tapmıram mən özümə
Tilsimə tutuldum, lənət olsun mənə
Əlimdə deyildi, inan
Qurbanam, hər gəlib, gedən nəfəsinə
Varlığına bərk möhtacam
Ey dost, ey dost
Nə etdim özüm də bilmədən?!
Ey dost, ey dost
Bu nə işdir, oldu qəfildən?
Dedilər: "Çağırır adını durmadan
Olsa da son nəfəsində"
Dözmərəm bu dərdə
Ölərəm, qalmaram
Sən harada, oradayam mən də
Can verirsən indi, yoxam yanında
Qandallıdır əlim, qolum
Gizlətmə adımı ölüm yatağında
Demə ki, başqası vurdu
Ey dost, ey dost
Nə etdim özüm də bilmədən?!
Ey dost, ey dost
Bu nə işdir, oldu qəfildən?
Ey dost, ey dost
Nə etdim özüm də bilmədən?!
Ey dost, ey dost
Bu nə işdir, oldu qəfildən?
Ey dost, ey dost