Xatirə İslam - Qəlb Evim mahnı sözləri (lyrics)

[Xatirə İslam - Qəlb Evim mahnı sözləri lyrics]

Sevgisinə inanmışdım
Yolunda çox dayanmışdım
Ondan ötrü yaranmışdım
Qəlb evimdən çıxdı getdi

İsinmişdim istisinə
Alışmışdım nəfəsinə
Könül verib özgəsinə
Qəlb evimdən çıxdı getdi

Sinəmə gül taxa taxa
Gözümə düz baxa baxa
Məni oda yaxa yaxa
Qəlb evimdən çıxdı getdi

Əllərimi sıxa-sıxa
Gözlərimə baxa baxa
Məni oda yaxa yaxa
Qəlb evimdən çıxdı getdi

Yalan imiş əhdi-peyman
Zənnimdə yanıldım yaman
Heç belə etməzdim güman
Qəlb evimdən çıxdı getdi

Yalan imiş əhdi-peyman
Zənnimdə yanıldım yaman
Heç belə etməzdim güman
Qəlb evimdən çıxdı getdi

Sinəmə gül taxa taxa
Gözümə düz baxa baxa
Məni oda yaxa yaxa
Qəlb evimdən çıxdı getdi
Əllərimi sıxa-sıxa
Gözlərimə baxa baxa
Məni oda yaxa yaxa
Qəlb evimdən çıxdı getdi

Gözlədim ki, bəlkə gələ
Mənim də gözlərim gülə
Birdən əsdi qəfil yellər
Qəlb evimdən çıxdı getdi

Sinəmə gül taxa taxa
Gözümə düz baxa baxa
Məni oda yaxa yaxa
Qəlb evimdən çıxdı getdi

Əllərimi sıxa-sıxa
Gözlərimə baxa baxa
Məni oda yaxa yaxa
Qəlb evimdən çıxdı getdi

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio