Xatirə İslam - Qovuşaq mahnı sözləri (lyrics)

[Xatirə İslam - Qovuşaq mahnı sözləri lyrics]

Mənlə barış, beli sınsın həsrətin
Gündən-günə biz göylərə ucalaq
Ömür keçsin, qoy sevgimi sönməsin!
Sevə-sevə ölməzliyə qovuşaq

Mənlə barış, beli sınsın həsrətin
Gündən-günə biz göylərə ucalaq
Ömür keçsin, qoy sevgimi sönməsin!
Sevə-sevə ölməzliyə qovuşaq

Sevən qəlbim bilsən necə darıxır!
Səhər-axşam gözlərindən yaş axır
Ümidlərim yollarına hey baxır
Sevə-sevə ölməzliyə qovuşaq

Gəl səninlə sevgimizdən danışaq
O günləri xatırlayıb barışaq
Qucaqlaşıb, biz od olub, alışaq
Sevə-sevə ölməzliyə qovuşaq
Sevə-sevə ölməzliyə qovuşaq

Bu dünyada səndən başqa kimim var?
Qəm könlümdə, qan ağlayan simim var
Sənsiz ötən həm ayım, həm ilim var
Sevə-sevə ölməzliyə qovuşaq

Bu dünyada səndən başqa kimim var
Qəm könlümdə, qan ağlayan simim var
Sənsiz ötən həm ayım, həm ilim var
Sevə-sevə ölməzliyə qovuşaq

Sevən qəlbim bilsən necə darıxır!
Səhər-axşam gözlərindən yaş axır
Ümidlərim yollarına hey baxır
Sevə-sevə ölməzliyə qovuşaq

Gəl səninlə sevgimizdən danışaq
O günləri xatırlayıb barışaq
Qucaqlaşıb, biz od olub, alışaq
Sevə-sevə ölməzliyə qovuşaq
Sevə-sevə ölməzliyə qovuşaq
Qovuşaq

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio