Xatirə İslam, Vasif Məhərrəmli - Sənin Kimi mahnı sözləri (lyrics)

[Xatirə İslam, Vasif Məhərrəmli - Sənin Kimi mahnı sözləri lyrics]

Dilim susdu, gözlərimlə
Sənə yalvardım, yalvardım
Sən yanımda olsan belə
Yenə axtardım, axtardım

Hər yerdə görünür yerin
Od kimi nəfəsin qaldı
Gözlərində göz izlərim
Qulağımda səsin qaldı

Bunu gördün, görməz oldun
Bilərəkdən gəlməz oldun
Darıxırdım oğrun-oğrun
Özüm qəsdən gəlməz oldum

Heç bir qadın sevilmədi sənin kimi
Heç bir kişi üzülmədi mənim kimi
Məcnun, Kərəm uydurmadır, əfsanədir
Onlar belə əzilmədi mənim kimi

Heç bir qadın sevilmədi mənim kimi
Heç bir kişi üzülmədi sənin kimi
Məcnun, Kərəm uydurmadır, əfsanədir
Onlar da sevə bilmədi sənin kimi

Soruşma, sənsiz necəyəm?
Divanədən fərqim yoxdur
Ən böyük sevincim sənsən
Səndən böyük dərdim yoxdur

Yanır canım, yanır sənsiz
Sən olmasan zaman getmir
Saatlar dayanır sənsiz
Üzün xəyalımdan getmir

Bunu gördün, görməz oldun
Bilərəkdən gəlməz oldun
Darıxırdım oğrun-oğrun
Özüm qəsdən gəlməz oldum

Heç bir qadın sevilmədi sənin kimi
Heç bir kişi üzülmədi mənim kimi
Məcnun, Kərəm uydurmadır, əfsanədir
Onlar belə əzilmədi mənim kimi

Heç bir qadın sevilmədi mənim kimi
Heç bir kişi üzülmədi sənin kimi
Məcnun, Kərəm uydurmadır, əfsanədir
Onlar da sevə bilmədi sənin kimi

Heç bir kişi üzülmədi mənim kimi
Heç bir qadın sevilmədi mənim kimi

Heç bir qadın sevilmədi sənin kimi
Heç bir kişi üzülmədi sənin kimi
Məcnun, Kərəm uydurmadır, əfsanədir
Onlar da sevə bilmədi bizim kimi
Heç bir qadın sevilmədi sənin kimi

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio