Xatirə İslam - Ürək Bir Dəfə Sevir mahnı sözləri (lyrics)
[Xatirə İslam - Ürək Bir Dəfə Sevir mahnı sözləri lyrics]
Yox, onu unutdum çoxdandır səndə
Mən gözlərindəki gizli həsrəti
Mən qürurundan qalan nifrəti
Mən sənin ona olan yanğınını görürəm
Mən səninlə xoşbəxt görünsəm də
Mən sabahıma ümid etsəm də
Sən hələ dünənimdə qalmısan bilirəm
Kimisi haqq, kimi nahaq
Bunu kim bilir?
(Kimisi haqq, kimi nahaq, kimi nahaq)
Mənə həyat, mənə ümid
Mənə ümid, mənə yalan gəlir
Səni ara-ara qaldım (ara-ara)
Ora-bura soraq saldım (ora-bura)
Ürəyim o özgənindir deyir
Səni ara-ara qaldım (ara-ara)
Şübhələrlə cığır saldım (ora-bura)
Səndə günah yox
Ürək bir dəfə sevir
Mənim bu sevgiyə haqqım var desəm də
Mən sənin ilk sevgin olmaq istəsəm də
Sən mənə qalan ömrünü versən də
Sən bütün xatirəni silsən də
Mən sənin hələ də onu sevdiyini bilirəm
Mən səninlə xoşbəxt görünsəm də
Mən sabahıma ümid etsəm də
Sən hələ dünənimdə qalmısan görürəm
Kimisi haqq, kimi nahaq
Bunu kim bilir?
(Kimisi haqq, kimi nahaq, kimi nahaq)
Mənə həyat, mənə ümid
Mənə ümid, mənə yalan gəlir
Səni ara-ara qaldım (ara-ara)
Ora-bura soraq saldım (ora-bura)
Ürəyim o özgənindir deyir
Səni ara-ara qaldım (ara-ara)
Şübhələrlə cığır saldım (ora-bura)
Səndə günah yox
Ürək bir dəfə sevir
Ürək bir dəfə sevir
Ürək bir dəfə sevir
Ürək bir dəfə sevir