Xatirə İslam, Vasif Məhərrəmli - Yar Oldum mahnı sözləri (lyrics)

[Xatirə İslam, Vasif Məhərrəmli - Yar Oldum mahnı sözləri lyrics]

Bu dağlarda qar oldum mən
Ürəyim yana yana
Vəfasız bir insana
Yar oldum mən

Bir ovçuya vuruldum mən
Nə günlər gün olmadı
Yoranlar yorulmadı
Yoruldum mən

Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Səndə dərmanım var

Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Səndə dərmanım var

Sevən gündən canım yandı
Deyin yara dəyməsin
Bir az insaf eyləsin
Bu da candır

Ürəyimdə məhəbbət var
Damarda qanım qədər
Mənə öz canım qədər
Şirindir yar

Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Səndə dərmanım var
Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Yarda dərmanım var

Nə gözəldir alın yazım
Küləklər əsəndə də
Yalandan küsəndə də
Çəkir nazım

Bir az da naz, əda olsun
Dünya bir, o bir yana
Mənim həyatım ona
Fəda olsun

Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Səndə dərmanım var

Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim, yarım yar
Dünya mərd olsa, dərdim dərd olsa
Yarda dərmanım var
Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim, yarım yar
Dünya mərd olsa, dərdim dərd olsa
Səndə dərmanım var

Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim, yarım yar
Dünya mərd olsa, dərdim dərd olsa
Səndə dərmanım var

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio