Aygün Kazımova - Qayıt Gəl mahnı sözləri (lyrics)

[Aygün Kazımova - Qayıt Gəl mahnı sözləri lyrics]

Ayrılığın ürəyimə dərd olub
Əzabından sevinc payım qərq olub
Qüssədən baxçamda güllər də solub
O güllərin xatirinə qayıt gəl

Sənsiz könlüm sanki qara bağlayır
Hicran odu ürəyimi dağlayır
Gözlərimdən şəlalələr çağlayır
O gözlərin xatirinə qayıt gəl

Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl
Sənsiz məndən dəniz, bulaq, çay küsüb
Günəş də inciyib, ulduz, ay küsüb
Gülşənlər saralıb, bülbüllər susub
Bülbüllərin xatirinə qayıt gəl

Həsrət gözü yanağıma salıb iz
Yaşayıram indi eşqsiz, həvəssiz
Gün var idi, qala bilmirdin mənsiz
O günlərin xatirinə qayıt gəl

Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio