Aygün Kazımova - Sənə Qurban mahnı sözləri (lyrics)

[Aygün Kazımova - Sənə Qurban mahnı sözləri lyrics]

Pəncərəmi yağış döyür indi
Mən deyirdim ulduzları söndür
Hər an ay sənə qurban
Gəldin çıxsın taleyimə sənsən
Sən mənimçün səmalardan endin
Ümidim qapısını döydün hər an ay sənə qurban
Nə olardı, nə olardı olmasaydın sən?

İlk dəfə görüşdə sən demişdin
Necə də olardıq bəxtiyar
Bu gecikmiş qismətə bax indi
Hər zamanın öz taleyi var
Mən yolunu gözləyirdim necə
Mehribandır mənə gündüz gecə
Hər an ay sənə qurban
Nə yaxşı sən mənimləsən
Bir bileydin nə xoşbəxtəm indi
Bütün aləm nura döndü hər an ay sənə qurban
Nə olardı, nə olardı olmasaydın sən?

İlk dəfə görüşdə sən demişdin
Necə də olardıq bəxtiyar
Bu gecikmiş qismətə bax indi
Hər zamanın öz taleyi var

Ana qəlbim məhəbbətlə dolu
Onlar mənim gözlərimin nuru
Hər an ay sənə qurban
Nə olardı, nə olardı olmasaydın sən?

İlk dəfə görüşdə sən demişdin
Necə də olardıq bəxtiyar
Bu gecikmiş qismətə bax indi
Hər zamanın öz taleyi var

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio