Aygün Kazımova - Səni tapdım mahnı sözləri (lyrics)

Aygün Kazımova

Айгюн Кязимова [Bakı, Azərbaycan] 🇦🇿

[Aygün Kazımova - Səni tapdım mahnı sözləri lyrics]

Dəniz sahilində sərin nəfəsin
Ruhumu, canımı alıbdır mənim
Mənə toxunduqca titrədi əlim
Sənin nəfəsindən doya bilmirəm

Bütün duyğularım daşır sel kimi
Baxdıqca dənizə səni görürəm
Ovsunlu baxışın bir xəncər kimi
Qəlbimə sancıldı sənə düşgünəm

Bu axtardığım sevgini tapdım
Çoxdan gözlədiyim bir eşqi tapdım
Könül vüsalıma bu gün qovuşdum
Daha səndən ayrı qala bilmirəm
İlahi, bu sevgi yoxsa, günahmı?
İnsan ilk baxışdan dəli olarmı?
Sonu görünməyən bir yol gedirəm
Mələksən, şeytansan bunu bilmirəm

Bütün duyğularım daşır sel kimi
Baxdıqca dənizə səni görürəm


Ovsunlu baxışın bir xəncər kimi
Qəlbimə sancıldı sənə düşgünəm

Bu axtardığım sevgini tapdım
Çoxdan gözlədiyim bir eşqi tapdım
Könül vüsalıma bu gün qovuşdum
Daha səndən ayrı qala bilmirəm

Sevgini tapdım bir eşqi tapdım
Bu gün qovuşdum
Daha səndən ayrı qala bilmirəm, qala bilmirəm

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio