Aygün Kazımova - Son gecə mahnı sözləri (lyrics)
Айгюн Кязимова [Bakı, Azərbaycan] 🇦🇿
[Aygün Kazımova - Son gecə mahnı sözləri lyrics]
Ömrümü sürərdim səhərə qədər
Sənli anlarımı etməzdim hədər
Bir daha qoymazdım açılsın səhər
Bir daha qoymazdım açılsın səhər
Gəl, gülüm, bir daha gəl dindir məni
Matəmə batmışam, sevindir məni
Sənsizlik oduna dözə bilmirəm
Başına dolanım, gəl söndür məni
Başına dolanım, gəl söndür məni
Kaş elə bir yuxu aparsın bizi
Birlikdə qayıdaq həmin gecəyə
Zaman da bizimlə geriyə dönsün
Görüşək yuxuda elə görüşək
Ayrılıq atəşı qəlbimdə sönsün
O gecə bilmədim son gecəmizdir
Bilsəydim öpərdim yanaqlarından
Min qönçə dərərdim dodaqlarından
Bilmədim, çox hayıf o çağlarımdan
Bilmədim, çox hayıf o çağlarımdan
Gəl, gülüm, bir daha gəl dindir məni
Matəmə batmışam, sevindir məni
Sənsizlik oduna dözə bilmirəm
Başına dolanım, gəl söndür məni
Başına dolanım, gəl söndür məni
O ipək saçını bir də oxşayım
Həyatda məhv olan bu varlığıma
Həyatda məhv olan bu varlığıma
Elə bir ruh qaytar, qoy mən yaşayım
Elə bir ruh qaytar, qoy mən yaşayım
O gecə bilsəydim son görüşümdür
Ömrümü sürərdim səhərə qədər
O gecə bilsəydim son görüşümdür
Ömrümü sürərdim səhərə qədər
Nə sən söyləmədim, nə mən bilmədin
Nə sen söyləmədin, nə mən bilmədim
Nə mən bilmədim nə mən bilmədim
Bilmədim bilmədim
Bilmədim bilmədim
Bilmədim