Aygün Kazımova - Tanıtdın məni mahnı sözləri (lyrics)

[Aygün Kazımova - Tanıtdın məni mahnı sözləri lyrics]

Elə ki, uyudum gəlib oyadır
Alıb gözlərimdən aparır səni
Çəkilmir qapımın önündə yatır
Niyə bu həsrətə tanıtdın məni?
Niyə nişan verdin yerimi ona
Gəlib pəncərəmə, eyvana qona
Mən qapı açmazdım bu cür qonağa
Niyə bu həsrətə tanıtdın məni?
Yalvarma mən onu qaytarammaram
O da çıxıb getsə dəli olaram
Sənə bu zülmünü bağışlamaram
Niyə bu həsrətə tanıtdın məni?
Deyirlər çıldırıb haray salmısan
Kim gəldi yerimi xəbər almısan
Bu mən, bu həsrətin, hara aparsan
Mənsiz dözməyəcək tanıtdın məni

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio