Aygün Kazımova - Xan Qızı mahnı sözləri (lyrics)

[Aygün Kazımova - Xan Qızı mahnı sözləri lyrics]

Dağlarımın başı uca qarlıdır
İzlər salıb gedən ömür
Vətənimin qəlbi təmiz, gül kimi
Nəğmə deyib gedər ömür

Qadanı yıxılmış göyərmiş kimi
Uçaram içimdə bir övlad yası
Sevən ürəklərə çəkər şəklimi
Bu qəmli,  kədərli alın yazısı

Qurbanam bu əziz torpağa, Vətənə
Tanrımız buyurdu, bizə bəxş edib
Göylərə ucalan işıqlı elim var
Şuşamız deyəcək Natəvanım var
Yorulmaz qələmli, qılıncı əlim
Yaşadım gah payız, gah bahar kimi
Vəfasız dünyaya xan qızı gəldim
Gedərəm nəğməli hökmdar kimi

Gözlərimdən axar həsrət selləri
Ürək solğun qəmli, çəmən
Gözəlliyə qurban verib gülləri
İpək xalı yaratdım mən

Qadanı yıxılmış göyərmiş kimi
Uçaram içimdə bir övlad yası
Sevən ürəklərə çəkər şəklimi
Bu qəmli, kədərli alın yazısı

Qurbanam bu əziz torpağa, Vətənə
Tanrımız buyurdu, bizə bəxş edib
Göylərə ucalan işıqlı elim var
Şuşamız deyəcək Natəvanım var

Yorulmaz qələmli, qılıncı əlim
Yaşadım gah payız, gah bahar kimi
Vəfasız dünyaya xan qızı gəldim
Gedərəm nəğməli hökmdar kimi
Gedərəm nəğməli hökmdar kimi

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio