Faiq Ağayev - Gecə Zəngləri mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Gecə Zəngləri mahnı sözləri lyrics]

Səni bir qaranlıq gecənin
Zəngi apardı bu dünyadan
Bəlkə bu gecənin zəngini
Təskinlik üçün uydurmuşam?

Yoxluğuna mən inanmadım
Çox yalvardım,  ana,  çox sənə
Güc gələ bilmədi harayım
Gecənin bu bəd xəbərinə

Allah bu günahımı bilsə
Bağışlamaz heç zaman məni
Qoruya bilmədim ölümdən
Nə atamı, nə də ki, səni

Atamın könlünü al, ana
Bəlkə soyuyar bir az kini?
Mən də sənin bir gün yanına
Həmişəlik gələnə kimi

Deyirlər, insan sönəndə


Talehinin ulduzu axır bəs niyə
Niyə göylərin üzündən mənə bir təzə
Təzə ulduz baxır? Niyə, ana?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio