Faiq Ağayev - Sevilməli Zamandır mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Sevilməli Zamandır mahnı sözləri lyrics]

Qaragözlüm, həmdəmini gəl, dinlə
Həyat – gözəl, sevilməli zamandır
Könül qərar tutar yalnız səninlə

Dünya sənə, nə də mənə qalandır
Sənsiz bu can evi viran talandır

Tənhalığım görənlərə dərd olub
Əhd edənlər peymanında mərd olub
Desələr - Yar başqasına bənd olub

İnanmaram, deyərəm ki, yalandır
Sənsiz bu can evi viran talandır

Gəl, səninlə bu elləri bir gəzək
Çəmənlərdən təzə çiçək-gül üzək bir gəzək
Çəmənlərdən təzə çiçək-gül üzək
Bir-birinin saçlarına gül düzək

Dünya sənə, nə də mənə qalandır
Sənsiz bu can evi viran talandır

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio