Tünzalə - Anam Azərbaycan mahnı sözləri (lyrics)

[Tünzalə - Anam Azərbaycan mahnı sözləri lyrics]

Dədən Qorqud bu yerlərə ad verib
"Anam, yurdum, qalamızsan sən" deyib
Babalarım min illərlə bu yerdə
İgid əkib, tarix biçib bu yerdə
Qədim Gəncə min illərdir
İgidlərə yol göstərir
"Torpağına kəm baxanın gözlərini ov" deyir

Ruhumuzun ruhanisi ruhumuzun ruhanisi
Babəkimin qalasından nərə çəkib
"Ey anam, can Azərbaycan" deyir

Dünəninlə, bu gününlə sabahınlə öyün, vətən
Qarabağın, Naxçıvanın and yerimiz anam vətən
Lənkəran, Zaqatala, Qəbələnlə öyün, vətən
Canım Bakı, anam Təbriz
Böyük millət, böyük vətən
Qeyrətimsən, şöhrətimsən
Min illərlə qalasısan, ey anam Azərbaycan

Alp igidlər ərənlərin qüdrəti


Qobustanin, həm Şuşanın şöhrəti
Kür qırağı gözəlləri qəmzəsi
Xan Arazın sevdası var bu yerdə
Tar- kamanın, həm muğamın sazın, sözün
Qalasısan şəhidlərin qanı ilə
Müqəddəssən, qədim vətən

Ruhumuzun ruhanisi ruhumuzun ruhanisi
Babəkimin qalasından nərə çəkib
"Ey anam, can Azərbaycan" deyir

Dünəninlə, bu gününlə sabahınla öyün, vətən
Mil Muğan, həm Şirvan sərvətində öyün, vətən
Zəngəzurun, İrəvanın dönəcəyik qorxma, vətən
Borçalım, gözəl Göyçəm
Səninləyik, anam vətən

Namusumsan, and yerimsən
Min illərlə qalasısan ey anam Azərbaycan
Dünəninlə, bu gününlə sabahınla öyün, vətən
Mavi Xəzər, Göygölüm sərvətində öyün, vətən
Tovuz, Qazax, Şamaxı sabahınla öyün, vətən
Qədim Şəki, gözəl Quba
Böyük millət, böyük vətən

Qeyrətimsən, şöhrətimsən
Min illərlə qalasısan, ey anam Azərbaycan
Namusumsan, and yerimsən
Min illərlə qalasısan ey anam Azərbaycan

Min illərlə qalasısan ey anam Azərbaycan
Ey anam Azərbaycan ey anam Azərbaycan

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio