Tünzalə - Yol Açıqdır mahnı sözləri (lyrics)

[Tünzalə - Yol Açıqdır mahnı sözləri lyrics]

Gözün axtarır məni hər yerdə
Sevək gizlicə, görüşək gizlin
Mənim də ruhum sıxılır hərdən
Ölümdən betər mənə sənsizlik

Buludlar itər, çəkilər kölgə
Yağışlar yuyar tozu, çirkabı
Rahatlıq tapar ürəyim
Bəlkə səadət tapar könül ərbabı

Biz bir uzun gecədə yola çıxdıq
Ay yola şölə saçır, yol açıqdır
Səbir elə, gün doğacaq
Görəcəklər, sevgililər yenə qol-qola çıxdı

Biz bir uzun gecədə yola çıxdıq
Ay yola şölə saçır, yol açıqdır
Səbir elə, gün doğacaq
Görəcəklər, sevgililər yenə qol-qola çıxdı

(Yol açıqdır)

Sonunda parlaq gələcək varsa
Olub keçənlər bizi qorxutmaz
Dönər gerçəyə nə dilək varsa
Bəlalar sevən gözü qorxutmaz

Buludlar itər, çəkilər kölgə
Yağışlar yuyar tozu, çirkabı
Rahatlıq tapar ürəyim
Bəlkə səadət tapar könül ərbabı

Biz bir uzun gecədə yola çıxdıq
Ay yola şölə saçır, yol açıqdır
Səbir elə, gün doğacaq
Görəcəklər, sevgililər yenə qol-qola çıxdı

Biz bir uzun gecədə yola çıxdıq
Ay yola şölə saçır, yol açıqdır
Səbir elə, gün doğacaq
Görəcəklər, sevgililər yenə qol-qola çıxdı

Biz bir uzun gecədə çıxdıq bu yola
(Yol açıqdır)
Ay da bizimlədir, sevgiyə şahid ola
(Yol açıqdır) ürəkdən ürəyə bir körpü salaq
(Yol açıqdır)
Baxışlardakı alov ruhumuza dola
(Yol açıqdır)
Ruhu dərbədər edən ürəyin gücüdür
(Yol açıqdır)
Aşiq olub eşq yollarında yorulaq
(Yol açıqdır)
Səbir elədik, gün doğdu, kədər bitdi
(Yol açıqdır)
Sevgililər əlbət yetəcək vüsala
(Yol açıqdır)

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio