Tünzalə - Bir Dünya İstəyirəm mahnı sözləri (lyrics)

[Tünzalə - Bir Dünya İstəyirəm mahnı sözləri lyrics]

Bir dünya istəyirəm savaşdan uzaq
Nifrətdən uzaq
Huzur dolu, barış dolu, sevgi dolu, eşq dolu
Bir dünya istəyirəm, savaşdan uzaq
Nifrətdən uzaq
Huzur dolu, barış dolu, sevgi dolu, eşq dolu

Anaların, qadınların üzü gülsün, döyülməsin
Ayağının altındakı o cənnəti bu
Dünyada verək ona
Kiçik yaşda fidanların gələcəyi yox olmasın
Zənginlərin yoxsul insanla paylaşan
Bir dünyanı istəyirəm

Allahım, bizi əfv et, qurtar günahlardan
Dönək sənin sevgi dolu yollarına, rəhmətinə
Allahım, sən yardım et, qurtar günahlardan
Dönək sevgi dolu yollarına, rəhmətinə
Allahım

Söylə nə üçün, adəm oğlu
Məhv edirik dünyamızı?
Təbiəti əlimizlə görə-görə, bilə-bilə
Söylə nə üçün, adəm oğlu
Ayaqyalın uşaqlar var?
Bir qarnı ac köçkünlərlə ağrı
Dolu çadırlar var

Bacararıq biz birlikdə inan buna, ver əlini
Gəl dəyişək özümüzü, dünyamızı daha gözəl
Sevgi dolu
Bacararıq biz birlikdə inan buna, ver əlini
Gəl paylaşaq rəbbimizin bəxş
Etdiyi nemətləri, sevgisini

Allahım, bizi əfv et, qurtar günahlardan
Dönək sənin sevgi dolu yollarına, rəhmətinə
Allahım, sən yardım et, qurtar günahlardan
Dönək sevgi dolu yollarına, rəhmətinə

Allahım, bizi əfv et, qurtar günahlardan
Dönək sevgi dolu yollarına, rəhmətinə
Allahım, sən yardım et, qurtar günahlardan
Dönək sevgi dolu yollarına, rəhmətinə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio