Tünzalə, Toni - Gecələr mahnı sözləri (lyrics)

[Tünzalə, Toni - Gecələr mahnı sözləri lyrics]

Sənsizəm, sənsizəm gözlərimdən yaş
Düşən gecələrdə, gecələrdə
Yorularaq, yorularaq yastığa baş
Düşən gecələrdə
Gələn yox, qapı bağlı, çaşır adamın ağlı
Adamın ağlı
Axşamları qayğılı, boş düşən gecələrdə

Göy üzü dama dama ulduzlar damla damla
Dözmək olmur başıma daş düşən gecələrdə

Göy üzü dama dama ulduzlar damla damla
Dözmək olmur başıma daş düşən gecələrdə

Mən yuxusuzam növbəti payız gecəsi
Qəlbim daş dəymiş pəncərə şüşəsi
Odlu dodaqlar isitmir buzlu nəfəsi
Çatdırır külək yarpaqlarla incə səsi

O səs danışır daş düşən gecələrdən
Gözyaşıyla mənsiz qaldığı küçələrdən


İlk görüş yerimizdə donmuş kürsülərdən
Bizi ayıran, keçilməz beton körpülərdən

Saniyələrdən, dəqiqələrdən, saatlardan
Sənsiz açılmayan, uçmayan qanadlardan
Cavabsız qalan çoxsaylı suallardan
Son sözünlə tikdiyin sərt divarlardan

İstərdim gəlim, gələn yox, qapım bağlı
Səni saxlamağa, inan, çatmadı ağlım
Ürək dağılıb, köynəyimin altında şəklin
İndi öpüşən küçələrdə ağrılı təklik

Qırmaram, qırmaram ümidimi
Gözləyərəm mən səni, səni
Sınıq vaqonlar kimi sınıq vaqonlar kimi

(Mən səni sevirəm hələ də, canım mənim)
Ötüşən gecələrdə orada adın yazılıb
Sahil qumu qızılı, ləpələr nazlı nazlı
Öpüşən gecələrdə

Qara hərflərlə sevgi sözünü yazdıq
Uçurub göy üzünə, baxıb həyatda azdıq
Qısqanclıq hislərini şeytana satdıq
İndi təkəm, otaq gözyaşında yastıq
Bəlkə, deyəsən, unudum səni necə?
Sevgi durna deyil, payızda köçə
Susma, danış, son söz denən sadəcə
Bizi ayırır gözü yumulu gecə

Göy üzü dama dama ulduzlar damla damla
Dözmək olmur başıma daş düşən gecələrdə

Göy üzü dama dama ulduzlar damla damla
Dözmək olmur başıma daş düşən gecələrdə

Göy üzü dama dama ulduzlar damla damla
Dözmək olmur başıma daş düşən gecələrdə

Göy üzü dama dama ulduzlar damla damla
Dözmək olmur başıma daş düşən gecələrdə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio