Tünzalə - Pərvanə mahnı sözləri (lyrics)

[Tünzalə - Pərvanə mahnı sözləri lyrics]

Əynindən soyunub qaranlıqları
Qədərin hökmündən ayrılıb gəlir
Pərvanə can atır şam işığına
Gecənin içindən sıyrılıb gəlir

Əynindən soyunub qaranlıqları
Qədərin hökmündən ayrılıb gəlir
Pərvanə can atır şam işığına
Gecənin içindən sıyrılıb gəlir

Necə möcüzədir, İlahi, görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında
Ömürdən sıyrılıb ölümə gəlir

"Ocaq" deyək dünyanın dərdini daşıyanlara
"Nur" deyək pərvanə ömrü yaşayanlara

Sevgisi ömürdür bu sevgisiylə
Tək gəlib dünyaya, cahana Tənha!
Pərvanəlik var xislətində tənha – pərvanədir


Pərvanə – Tənha!

Necə möcüzədir, İlahi, görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında
Ömürdən sıyrılıb ölümə gəlir

"Ocaq" deyək dünyanın dərdini daşıyanlara
"Nur" deyək pərvanə ömrü yaşayanlara

"Ocaq" deyək dünyanın dərdini daşıyanlara
"Nur" deyək pərvanə ömrü yaşayanlara

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio