Tünzalə - Qızım (Salamat Qal) mahnı sözləri (lyrics)
[Tünzalə - Qızım Salamat Qal mahnı sözləri lyrics]
Ay qızım, hələ də körpəsən mənimçün
Yoluna nur paylar hər arzum, diləyim
Bir layla pıçıldar yenə də ürəyim
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri
Sevdalı bahardır sənin gül nəfəsin
Ay qızım, taleyin qəm-qüssə görməsin
Varlığın bir ömür, bir ümid nəğməsi
Səninlə yaşayır bu ana sevgisi
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri
Ana gözləri, ana gözləri