Tünzalə - Sənin Kimi mahnı sözləri (lyrics)

[Tünzalə - Sənin Kimi mahnı sözləri lyrics]

Baxışlarımın başı üstdə dayanan
Gözlərimi dikdiyim ulduzlar da sənin kimidir
Sevdiyim nə varsa avunduran, yandıran
Usandıran, inandıran nə varsa sənin kimidir

Mənim olan,  olmayan həyatı sevdiyim kimi
Sevdiyim dünya da sənin kimidir
Ruhumu oynadan baharlar, yazlar da
Sevdiyim göylər də sənin kimidir
Sevdiklərimin, de, hansı mənimkidir?

Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Mənim olmasan da, sevirəm səni

Baxışlarımın başı üstdə dayanan
Gözlərimi dikdiyim ulduzlar da sənin kimidir
Ruhumu oynadan baharlar, yazlar da
Sevdiyim göylər də sənin kimidir


Sevdiklərimin, de, hansı mənimkidir?

Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən

Mənim olmasan da, sevirəm səni
Xəyalına büründüyüm gecələrdə
Yuxusuzluq sevən gözlərin kimi
Mənim olmasan da, sevirəm səni
Mənim olmasan da, sevirəm, sevirəm səni

Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Mənim olmasan da, sevirəm səni

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio