Zamiq Hüseynov - Bu Gün Bizim Günümüz mahnı sözləri (lyrics)

[Zamiq Hüseynov - Bu Gün Bizim Günümüz mahnı sözləri lyrics]

Sənin gözlərində başladı sevgi
Səni gördüyüm o gündən yaşadım
Aylar günlərə dönüb keçdi
Məhəbbət bir-birimizə bağladı

Nə gözəl hiss,  necə gözəl bir sözdür
Hər an, hər saniyə "sevirəm" - demək
Həyatım sən oldun, bir yaşam dolu
Bizli bir yol başlayır sonsuzadək

Bu gün bir tarix yazdıq ömrümüzə
Uzun həsrətlə gözlədik ikimiz
Bu gün gözəl bir gün, bizim günümüz
Şad günümüz, özəl bir toy günümüz

Bu gün bir tarix yazdıq ömrümüzə
Uzun həsrətlə gözlədik ikimiz
Bu gün gözəl bir gün, bizim günümüz
Şad günümüz, toy günümüz

Nə gözəl hiss, necə gözəl bir sözdür
Hər an, hər saniyə sevirəm demək
Həyatım sən oldun, bir yaşam dolu
Bizli bir yol başlayır – sən və mən
Sonsuzadək

Bu gün bir tarix yazdıq ömrümüzə
Uzun həsrətlə gözlədik ikimiz
Bu gün gözəl bir gün, bizim günümüz
Şad günümüz, özəl bir toy günümüz

Bu gün bir tarix yazdıq ömrümüzə
Uzun həsrətlə gözlədik ikimiz
Bu gün gözəl bir gün, bizim günümüz
Şad günümüz, toy günümüz

Bu gün gözəl bir gün, bizim günümüz
Şad günümüz, toy günümüz

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio