Zamiq Hüseynov, Etibar Əsədli - Dənizlər Qovuşan Yerdə mahnı sözləri (lyrics)

[Zamiq Hüseynov, Etibar Əsədli - Dənizlər Qovuşan Yerdə mahnı sözləri lyrics]

Nur baxışlım, dərd eləmə
Birləşəcək yollarımız
"Bundan belə gecdir" demə
Qarşıdadır baharımız

Unudulmaz gözəl anlar gələcəyin röyasıdır
Sevilməyə haqqımız var
Dünya – sevgi dünyasıdır

Unudulmaz gözəl anlar gələcəyin röyasıdır
Sevilməyə haqqımız var
Dünya – sevgi dünyasıdır

Göydə günəş, yerdə torpaq
Şahid olsun sevgimizə
Harada olsaq, birgə olaq
Çən düşməsin sevgimizə

Sevinc qəmə olsun qənim
Ayrılıq sovuşan yerdə
Gəl, görüşək, ruhum mənim
Dənizlər qovuşan yerdə

Sevinc qəmə olsun qənim
Ayrılıq sovuşan yerdə
Gəl, görüşək, ruhum mənim
Dənizlər qovuşan yerdə

Gəl, görüşək, ruhum mənim
Dənizlər qovuşan yerdə

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio