Zamiq Hüseynov, Elşad Xose - Özü Bilər mahnı sözləri (lyrics)

[Zamiq Hüseynov, Elşad Xose - Özü Bilər mahnı sözləri lyrics]

Əgər qızın tələbi oyadırsa əsəbi
Nəsə bir yol tap, qır, demə səbəbi
O da özü bilər qız özü bilər
Biri kinlə, biri saf ürəklə əlini sıxar
Biri sənə görə var, biri əlinə baxar
Dost özü bilər ehh, özü bilər

Kimə su, kimə zəhər, kimi sınağa
Çəkər, Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər, həyat özü bilər
Kimin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər onun özü bilər

İslanmışam mən onsuz da
Havanın nə fərqi var?
Bir gün yağar yağışlar
Bir gün yağar dolu qar hava özü bilər
Onun özü bilər
Bu həyatın hər anını mahnılarına qatar
Yazıb üzə çıxarar, ya da yandırıb atar


Şair özü bilər onun özü bilər

Səhər oxunur azan sonra şəhər oyanır
Kimi yolundan azan kimi avaralanır
Bir ailədə nişan bir ailə boşanır
Hər kəsin öz həyatı və özü bilər
Hərənin öz xaçı, öz Allahı
Öz əqidəsi, öz inamı özü bilər
Kim kimlə necə nə cür harada edir günahı
Əşi özü bilər hamı özü bilər

Kimə su, kimə zəhər, kimi sınağa
Çəkər, Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər, həyat özü bilər
Kimin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər onun özü bilər
Kimə su, kimə zəhər, kimi sınağa
Çəkər, Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər, həyat özü bilər
Kimin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər onun özü bilər

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio