Amina Shirin, PRoMete - Görmədim mahnı sözləri (lyrics)
[Amina Shirin, PRoMete - Görmədim mahnı sözləri lyrics]
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Hər gün daha çox tarıma
Çəkilir həyat bağlarım
Çətinə düşməmiş görünmür heç kimin iç üzü
Və daha çox dəyərə minir keçmiş çağlarım
Tanıyıram, insanların iki üzü var
Dövranınsa var üç üzü
Çoxdan qar götürüb üstünü güvənilən dağların
Görən hər kəs yumub gözün
Mən sənə qəmxarikən sən həmdəm oldun özgəyə
Bel büküldü, üz qırışdı
Sal nəzər hər cizgiyə
Turi ömrüm keçdi hicranında, baxdım güzgüyə
Gəncliyimdən bir əlamət görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Axtardım – tapa bilmədim
Ona görə qapandım içimə mən (Axtardım)
Öyrəndim – kəşf etdim özümü
Illər boyu bələdəm gücümə mən (Öyrəndim)
Dərs oldu – hər səhvim
Ödədim zamanla əvəzini, gücləndim
(Dərs olsu)
Bəs oldu – deyəcək qədər səhv etdim
Hazıram hücuma mən (Bəs oldu)
Eşqimi qəlbimdə bilməzdim qərib eylər fələk
Hər nə qədri aşinalar var rəqib eylər fələk
Çox ümid etdim ki
Xoş günlər nəsib eylər fələk
Gözlədim saətbəsaət, görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə, səadət görmədim ki
Görmədim