Amina Shirin, PRoMete - Kimlərə Qaldı Dünya mahnı sözləri (lyrics)

[Amina Shirin, PRoMete - Kimlərə Qaldı Dünya mahnı sözləri lyrics]

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya
Olmadı sirrin açan sehrli qaldı dünya

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya
Olmadı sirrin açan sehrli qaldı dünya

Faydası yox yaşanılanların
Əgər qalmırsa heç nə (Qalmırsa heç nə)
Bu qədər hazırlıq nəyə görədi
Bu körpünü sonunda olmursa keçmək
Sıxıram dişimə dişimi alınmır nəsə
Deyəsən düşmüşük nəhsə
Özümü qane etməyən həyatıma bir xətt
Yaşayacam artıq bəhsə-bəhsə
Geriyə baxmaq hər gün daha da qorxulu
Artır qayğılar (Qayğılar)
Böyüyən bizik, yoxsa dünya kiçildir çapın?
Yaşla birgə daha da dərin
Yaralar vurur duyğular
Bir ömür öyrən ki, anlayanda döyülsün qapın

Sevənlər odda yandı kül oldu, adı qaldı
Kimləri torpaq aldı? Kimlərə qaldı dünya?

Sevənlər odda yandı kül oldu, adı qaldı
Kimləri torpaq aldı? Kimlərə qaldı dünya?

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya
Olmadı sirrin açan sehrli qaldı dünya

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya
Olmadı sirrin açan sehrli qaldı dünya

Bərkə düşməmiş anlamaq olmur kimin
Içində daha kimlər yatır
Hardan gələcək zərbə, qoru sağını, yıxıl sola
Dünya bizi başa sala bilmək üçün
Daha hansı oyunlar qatır (Mənə de)
Nələrə yummaq gərək göz
Görəsən nələri vermək gərək yola?
Topla bir ömür boyu, cəmə çatanda bitər oyun
Hər gün yaşadıqlarımı görüb deyirəm
Olacaqmı görən betər oyun?
Saxla, mənə bu qədəri bəsdi bezdim
Mənim üçün yetər oyun
Dünya bizə görə durmaz
Ona görə daim ötər oyun

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya
Olmadı sirrin açan sehrli qaldı dünya

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya
Olmadı sirrin açan sehrli qaldı dünya

Kimlərə qaldı dünya?

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio