H.O.S.T. Alliance, Jamal Ali, PRoMete - İstəmirəm mahnı sözləri (lyrics)
[H.O.S.T. Alliance, Jamal Ali, PRoMete - İstəmirəm mahnı sözləri lyrics]
İstəmirəm 8800, polifonik tonal
İstəmirəm Adidas, Versace, Dolce Gabbana
İstəmirəm ən dəbli geyim
Dəbli saç uyğun zamana
İstəmirəm McDonalds, BigMac, Pizza Portofino
İstəmirəm tuz oğlu olum, nə də ki, arlekino
İstəmirəm villa, ömürlük sığorta
İstəmirəm qonşu ac olanda gedim "курорт"a
İstəmirəm tülkülərdən sonra yuxarı
Qoyunlar gəlsin i̇stəmirəm yasım olsun
Tanımadığım qohumlar gəlsin
İstəmirəm populyarlıq, şöhrət
Hamı məndən danışsın
İstəmirəm məndən başqa həyatıma
Kimsə qarışsın
İstəmirəm demokratiya, istəmirəm restavrasiya
İstəmirəm azad seçki, dünyaya inteqrasiya
İstəmirəm qərb mədəniyyəti, Avropasayağı toy
İstəmirəm oğlum desin bir gün - "Ata
Oldum "голубой""
İstəmirəm valideyinlərimin puluyla
Özümü saxlayım i̇stəmirəm yalandan gülüm
Ondansa içdən ağlayım
İstəmirəm ölüm geciksin, ya da ki, tez gəlsin
İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlayım
İstəmirəm gücüm artsın
Artsın ondansa cəsarət
İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
İstəmirəm sevgi, xəyanət sonu hamısının
İstəmirəm, gələcəyimə falçı baxsın istəmirəm
Yəkəpər bədən, ondansa sürətli zərbə
İstəmirəm sizdən alqış
Istəməyin məndən səhnə
İstəmirəm fərqlənmək, fərqli görsənmək üçün
İstəmirəm yalan hörmət, içində gizlənmək üçün
"İs" - istiqamətim fərqli
"Tə" - tərki-dünya qara dərviş
"Mir" - miras qaldı mənə keçmişim
"Əm" - əmrimə sadiqəm
"İs" - istiqamətim fərqli
"Tə" - tərki-dünya qara dərviş
"Mir" - miras qaldı mənə keçmişim
"Əm" - əmrimə sadiqəm
Hәr sәyfә mәnim, mәn dә sәyfәnin
O, mәn, bir dә әldә qәlәmim
Söz güclü, amma deşmir düşmәni
Tut baş hәrflәri, budur mәnim mən-im
İstəmirəm dörd təkər
Ona-buna şou göstərmək üçün
İstəmirəm pulla alınmış diplom
Ağıllı görünmək üçün
İstəmirəm yaşayım ömrümü
Valideynlərin hesabına
İstəmirəm istəməsəm də şahid
Olum gəncliyimizin halına
İstəmirəm şəhərdə hörmət
Əgər təsbehlə ölçülürsə
İstəmirəm cəmiyyətdən qiymət
Qiymət geyimə verilirsə
İstəmirəm şan-şöhrət, özümü gözə soxmalıyamsa
İstəmirəm yaxşı oğlan olum
Çayxanada qocalmalıyamsa
İstəmirəm rus dilini bilməyənə
Yuxarıdan aşağı baxılsın
Öz dilində güclə danışmaq bombalıq sayılsın
İstəmirəm elit olum, McTualet-də formalaşım
İstəmirəm sevgilim olsun
Onunla mərmərli parkda fırlaşım
İstəmirəm sevilim
Onsuz da sevgili pak olmur bu ölkədə
İstəmirəm nə göz yaşı, nə ağı
Nə ehsan öləndə
İstəmirəm avtoqraf alasınız, biz ki
Müqəddəs deyilik heykəl indi çoxdur şəhərdə
Istəmirəm elə əbədilik
Günün pul, qız, iç, çək i̇stəmirəm!
Özün gəz, iç, baş-boş, güc i̇stəmirəm!
Kef, full, dərd, əl, cib, həll
Nəbz yox, gec, baş daş i̇stəmirəm!
"İs" - istiqamətim fərqli
"Tə" - tərki-dünya qara dərviş
"Mir" - miras qaldı mənə keçmişim
"Əm" - əmrimə sadiqəm
"İs" - istiqamətim fərqli
"Tə" - tərki-dünya qara dərviş
"Mir" - miras qaldı mənə keçmişim
"Əm" - əmrimə sadiqəm
"İs" - istiqamətim fərqli
"Tə" - tərki-dünya qara dərviş
"Mir" - miras qaldı mənə keçmişim
"Əm" - əmrimə sadiqəm
"İs" - istiqamətim fərqli
"Tə" - tərki-dünya qara dərviş
"Mir" - miras qaldı mənə keçmişim
"Əm" - əmrimə sadiqəm