Murad Arif - Popurri: Daşlı Qala, Aman Ovçu mahnı sözləri (lyrics)

[Murad Arif - Popurri: Daşlı Qala, Aman Ovçu mahnı sözləri lyrics]

Deyirsən, yanında qalacağam mən
Çox gözəl fikirdir, qal
Sənə qurban
Deyirsən, yanında qalacağam mən
Çox gözəl fikirdir, qal
Sənə qurban

Nə zaman istəsən
Əziz canımı
Qumral gözlərinlə al
Sənə qurban
Nə zaman istəsən
Əziz canımı
Qumral gözlərinlə al
Sənə qurban

Sən Müşviqin yanında
Qalginən, sənə qurban
İstəsən bu canımı
Alginən, sənə qurban



Sən Müşviqin yanında
Qalginən, sənə qurban
İstəsən bu canımı
Alginən, sənə qurban

Gəlmiş hüzuruna bir qara dağlı
Bir qara qulundur, qolları bağlı
Gəlmiş hüzuruna bir qara dağlı
Bir qara qulundur, qolları bağlı

Gəl çəkmə könlümə sən hicran dağı
Gümüş topuğunda xal, sənə qurban
Gəl çəkmə könlümə sən hicran dağı
Gümüş topuğunda xal, sənə qurban

Sən Müşviqin yanında
Qalginən, sənə qurban
İstəsən bu canımı
Alginən, sənə qurban

Sən Müşviqin yanında
Qalginən, sənə qurban
İstəsən bu canımı
Alginən, sənə qurban

Bulaq başı toz olar
Üstü dolu qız olar
Əyil, dəsmalını götür
Mən götürsəm, söz olar

Bulaq başı toz olar
Üstü dolu qız olar
Əyil, dəsmalını götür
Mən götürsəm, söz olar

Bu qala daşlı qala
Çınqıllı, daşlı qala
Qorxuram, gəlməyəsən
Gözlərim yaşlı qala

Bu qala daşlı qala
Çınqıllı, daşlı qala
Qorxuram, gec gələsən
Gözlərim yaşlı qala

Qızılgül olmayaydı
Saralıb solmayaydı
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı

Mən aşiq olmayaydım
Saralıb solmayaydım
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı

Bu qala, bu qala
Qala, qala, daşlı qala
Çınqıllı, daşlı qala
Qorxuram, gəlməyəsən
Gözlərim yaşlı qala
Bu qala daşlı qala
Çınqıllı, daşlı qala
Qorxuram, gec gələsən
Gözlərim yaşlı qala

Aman, ovçu, vurma məni
Mən bu dağın, ay balam
Maralıyam
Aman, ovçu, vurma məni
Mən bu dağın, ay balam
Maralıyam

Maralıyam, həm də yaralı
Ovçu əlindən, ay balam
Yaralıyam
Maralıyam, həm də yaralı
Ovçu əlindən, ay balam
Yaralıyam

Bu dağlarda maral gəzər
Əl ayağın, ay balam
Daşlar əzər
Bu dağlarda maral gəzər
Əl ayağın, ay balam
Daşlar əzər

Mən yarıma neyləmişəm?
Yarım məndən, ay balam
Kənar gəzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, ay balam
Kənar gəzər

Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə
Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə

Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə
Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə

Getmə, getmə, maralım
Nə ki, dərdin var alım
Gözlərinə baxmasam
Gözlərimdən saralım

Getmə, getmə, maralım
Nə ki, dərdin var alım
Gözlərinə baxmasam
Gözlərimdən saralım

Sev ki, sevən mərd olar
Sevməyən namərd olar
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar

Sevəsən, ayrılasan
Bax, bu yaman dərd olar
Sevəsən, ayrılasan
Bax, bu yaman dərd olar

Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Gəlin olsan anama

Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Gəlin olsan anama

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio