Muxtar Abseynov, PRoMete - Son Salam mahnı sözləri (lyrics)
[Muxtar Abseynov, PRoMete - Son Salam mahnı sözləri lyrics]
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər
Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər
Dur, geriyə bax, bir özünü gör
Bu illərin düyünlərində sən
Nələri qazanmısan? Nələrin izini
Özünə hədəf seçmisən?
Və indi həmən sənmisən?
Varmı bir əsər içində keçmiş arzularından?
Düz yol aparır səni haralara?
Köz gəlmir daha dərin yaralara
Sözlər arxanca qarabaqara
Gözlər hər hənirtiyə yaşarar
Tökülən göz yaşımın bilinmir hesabı
Sürdüyüm ömrün məchul günahı, savabı
Onsuz mən çəkəcəm əzabı
Hər kəsə naməlumdur necədir sabahı
Mən əsla peşman deyiləm bir qram
Həyatım kinodur həm komik, həm dram
Fikrim yox bu dünyada yapışam qalam
Olmasam belə, ruhən hər zaman varam
Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər
Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər
De! Nələri geri gətirərdin olsa imkan?
Nələri edərdin fərqli, bir də başdan?
"Bu gün boş ver, sabaha köklən"
Demək istərdim, amma sən insansan
Və tərsdir-tərsdir, bu həyat sənə tərsdir
"Bəsdir-bəsdir!" desən də, yenə kəsmir
Çıxara bilmirsən nəticə niyə sən?
Baş verən hər bir şey yeni dərsdir
Tökülən göz yaşımın bilinmir hesabı
Sürdüyüm ömrün məchul günahı, savabı
Onsuz mən çəkəcəm əzabı
Hər kəsə naməlumdur necədir sabahı
Bəlli deyil ömrümə gələn, yol alan
Sevdi məni, əzizim deyən, yad olan
İstərdim daha hər kəsdən ayrılam
Hamısına məndən, son salam
Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər
Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər
Ağlımda min cür xəyal, dolaşır
Qaranlıq otağımda danışır
Yaşanan olaylar açdı qəlbdə
O qədər olubdur həyatıma şəriklər
Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər