Okaber - M.I.T mahnı sözləri (lyrics)

[Okaber - M.I.T mahnı sözləri lyrics]

Mən insanları tanıyıram qəribə tərzlərindən
Görünüşlərindən
Tanıyıram sağlam olanlarından
Xəstə və ölmüşlərindən
Mən insanları tanıyıram yalanlarından
Yaxud düzlərindən
Yaşıl, qara, qonur, ala, göy
Mavi gözlərindən

Mən insanları tanıyıram müqavilələrdən
Müharibələrdən
Müdafiələrdən, mühakimələrdən
Mühafizələrdən, mübarizələrdən
Mən insanları tanıyıram
Uzun əlin əl atmaq vərdişi olsun gərək
Bilirsən, kişinin düşməni də elə özü
Kimi kişi olsun gərək!

Mən insanları tanıyıram, bilinmir
Dünyanın sonudur, ya əvvəlidir
Çörək və qırıntı qara bazar
Qidamız "Mendeleyev" cədvəlidir
Mən insanları tanıyıram, haqsız
Olurlar hərdən, tanıyıram
Ölən əsgərlərdən, yanan binalardan
Partlayan mədənlərdən

Mən insanları tanıyıram
Çoxları kimi qazanmır Okaber #‎TAOW‬
#TAOW #MGT, #Legion13 #sektor11, #WolvesBaku
Mən insanları tanıyıram, sevgi nədir
Özün təxmin et hərdən ayırır dəli kimi sevən
Zaurları xəyanətkar Təhminələrdən

Mən insanları tanıyıram
Çəkilib yollarımıza qan çəpəri
13-cü imam deyiləm
Lakin səsimi eşidən arxamca gəlir
Mən insanları tanıyıram
Çoxunuz yaşamadan həyatdan vaxt alırsınız
Soyuq mərmərli parklarda isti
Münasibətlər axtarırsınız

Mən insanları tanıyıram, görmüşəm hər
Bir tipin içini, çölünü
Mən görmüşəm xarabadan qeydləri
Qan çanağındakı qan gölünü
Mən insanları tanıyıram - "Düşmənin başını
Bir dəfəlik əz!" demişik!
Biz demişik! "Bir kərə yüksələn bayraq
Bir daha enməz!" demişik!

Mən insanları tanıyıram
Bu ölkənin ən kəsici ülgücüyəm
Sənə nə var faşistəm, millətçi, bozqurd
Turançı ya da ülkücüyəm!?
Mən insanları tanıyıram, cismini öldürmüşəm
Bu dəfə ruhun gəlsin!
Bütün qitələri batırmağa gəlmişəm
Çünki məndədir Nuhun gəmisi!

Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim

Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio