Sivva, Zamiq Hüseynov - Dedilər mahnı sözləri (lyrics)
[Sivva, Zamiq Hüseynov - Dedilər mahnı sözləri lyrics]
Sənsiz üşüyürəm sözlərini yenə yada salıb
Səni düşünürəm
Amma sən getdin – dedilər
Hər şey bitdi – dedilər səni unudum deyə
Hey pislədilər
Unut, boşdur – dedilər
Ona xoşdur – dedilər mən inanmadım
Mənə hirsləndilər
Mənə səndən bəhs etsələr getdi – desələr
Buna sübut gətirsələr
İnanmayıb bu sözlərə yenə gözlərəm
Səhərə kimi
Mənə səndən bəhs etsələr getdi – desələr
Buna sübut gətirsələr
İnanmayıb bu sözlərə yenə gözlərəm
Sən gələnə kimi
Mən şəhərin küçəsində
Gəzib, yalnız gözləyirəm
Gözlərini yenə yada salıb səni səsləyirəm
Amma bax, getdim – dedilər
Hər şey bitdi – dedilər məni unutmaq üçün
Hey pislədilər
Unut, boşdur – dedilər belə xoşdur – dedilər
Səni sevdim heç bilmədilər
Sənə məndən bəhs etsələr getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə deyilənlərə ölənə kimi
Sənə məndən bəhs etsələr getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə deyilənlərə
Mən gələnə kimi
Sənə məndən bəhs etsələr
Getdi – desələr buna sübut gətirsələr
İnanma sən bu sözlərə deyilənlərə ölənə kimi
Sənə məndən bəhs etsələr getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə deyilənlərə
Mən gələnə kimi
Gözlə, gözlə, gözlə gələnə kimi
Gözlə, gözlə ölənə kimi