Sura İskəndərli - Möhtaç Şarkı sözleri (lyrics)

[Sura İskəndərli - Möhtaç Şarkı sözleri lyrics]

Sən gedəndən bir halam
Sınıb qolum qanadım
Sənsiz yarım canam
Bəsdir bu dərd əbəsdir
Qoyma sənsiz bu həsrətin alovunda yanam

Susma dön gəl, inadı yen gəl
Unudub olanları, həsrətə son qoy gəl
Günahın savabın, mən çəkim əzabın
Dönüşündür mükafatım, yetərki sən gəl

Gəl yetər arzularım ürəyimdə qalmasın
Gəl canım bağçalarımda güllərim solmasın
Gəl qəlbimdəki yerində özgəsi olmasın
Canım gəl, yarım gəl

Gəl yetər arzularım ürəyimdə qalmasın
Gəl canım bağçalarımda güllərim solmasın
Gəl qəlbimdəki yerində özgəsi olmasın
Canım gəl, yarım gəl



Bu əzab bilki məni məndən alıb gedər
Keçən zamanım sənin yolunda hədər
Getdiyin gündən bircə qonağım kədər
Qayıt gəl ömrümə həsrət canımı incidər

Gözləri yolda qəlbi viran olmuşam
Doğrularım sən özüm yalan olmuşam
Gəl artıq yetər ömrü talan olmuşam
Bu bədənim yaşamırmış səninlə doğulmuşam

Gəl yetər arzularım ürəyimdə qalmasın
Gəl canım bağçalarımda güllərim solmasın
Gəl qəlbimdəki yerində özgəsi olmasın
Canım gəl, yarım gəl

Gəl yetər arzularım ürəyimdə qalmasın
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Yorumlamak