BadClause Music, Sura İskəndərli - İki Dünya mahnı sözləri (lyrics)

[BadClause Music, Sura İskəndərli - İki Dünya mahnı sözləri lyrics]

Açıram bağlanmış bir kitabı
Açıram qəm dəftərin, haqq hesabın
Açıram elə sevgi qapılarını ki
Hansılar ki heçə sayır maddiyyatı
Unuldulmasın yaşananlar
Ümidlər üzünə təbəssüm qonsun ən azı
Gərək, ürək tox olsun dolu
Ya da boş cibin eşqə heç olmasın aidiyyatı

Biz neçə-neçə qasırğadan sağ çıxmışıq
 neçə sərt dalğa görmüşük
Neçə ağlayan üzü güldürmüşük
Indisə ağlayan elə biz özümüzmüşük
Uzun yolda, tək tanha şəhərdən uzaqlaşan
Insanın bezarlığıyıq biz
Kimsəsiz ölən kəslərin
Tərk edilən evlərin məzarlığıyıq biz
Bol çirkab içində boğuluruq, çarə qılan yox
Kömək edən yoxdur
Çıxıb gedən var, geri gələn yoxdur
Hələ də yaxşılıq gözləyir çoxsu


Bir-birimizə nə qədər uzaq olsaq
Da, küləyimiz eynidir, yağışımız eyni
Kədərimiz eynidir, gülüş eyni
Amma kaş həmişəkitək görüşəydik

Çünki biz birlikdə olanda ayrı
Cür dönür dünya, ayrı cür axır zaman
Yox olur ağrılar, bitir gecələrim
Payız olan diyara gəlir bahar
İndisə yoxdu heç nə bir salam
Nə də bir xatirə sənin ardından qalan
Üstümə çökür bu cümlə-cahan, sən bir dünya
Mənsə bir insanam yar

Çək qara buludlarını üstümdən
Günəşin saçağına kölgələr hörmə
Uzaqlığın bir faydası yox, inan
Son ümid çırağın sönmədən dön gəl
Yolunu çaşmağını gözlər hər döngə
Sənlə keçən hər bir gün bədəl ömürə
Üzr istərəm, haqqım halaldır
Amma gördüyüm günləri görmədən ölmə

Məni dərd alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim kül oldum, keçmir saatlar

Alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim kül oldum, keçmir saatlar

Qəlbim yüz xəyanətə adət
Amma mən sevdim içdən onu xəyalən
Qaytar gözlərimin önünə, ya rəbb
Sevdiyim o gözəl qızı, necə də biçarə
Olduğunu görüm, necə təngənəfəs
Olub yollarımda, necə mənsiz qalıb
Bircə yalana qurban gedən yarım
Illərlə özünü səhvsiz sanıb

Heç vaxt əməlini bağışlaya bilməz
Nəticəsi əlvidadırsa sonda
Qır qələmini, cır vərəqləri
Tulla, yerli-dibli unut, al qisas ondan
Əgər uzaqlar əngəldirsə yoluna
Mən cümlələrdə qovuşdurum bizi
Bu gün salam-sağoluna möhtac qalıb
Hər gün əhvalını soruşduğun biri

Yanımda qaldığın zamanlara yazılan iyirmi
Beşinci məktubumdur bu
Məhəbbətin naxış olduğu xalçaya toz-torpaq
Atan tək qürurdurmu?
Eşqə ac ürəyimi qəm doyuzdurur
Səhvlərimin üzünə kin qusur qələmim
Qəlbimə hələ də heyranam ki
Necə sevə bilirdi min qüsurla səni?

Amma məndə də səhv var idi
Qəlbini qırdım həmin tək qadının
İndi bilmirəm hansı şeirə sığdırım
Ya necə tərk edim bu tənhalığı
Bəlkə, günah elə hər ikimizdə idi ki
Bağlılığı eşqlə səhv salırıq
Artıq bütün olanlar keçib
Artıq ayrıyıq tək qalırıq

Məni dərd alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim kül oldum, keçmir saatlar
Alacaq səni yadlar
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim kül oldum, keçmir saatlar

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio