BadClause Music - Yaz Şair mahnı sözləri (lyrics)

[BadClause Music - Yaz Şair mahnı sözləri lyrics]

Gəldim yenə, getmişdim gəldim, yenə vuruldum
Yarıda qoyduğun gün biləklərdə qan duruldu
İçimdə bir çöküntü var, ikinci adı qürurdur
Sevirdim sənsizliyi, hər dərdimi üzümə vurdu

Verdiyin sözlər belə itirib mahiyyətin
İstədim susum, amma artıq alınmırdı qəti
Xüsusi qoxum yoxdur, bax, üstümdə adi ətir
Saçının hər bir tonu kimi tünddür xasiyyətin
Bədahətim səmimiydi münasibət yox olmadan
İzlərin silinmir ki, xırda-xırda dolur yada
O dahi gözəl deyib: "Yuxulu
Gözünü sevdiyin adam
Sənə şair oldu, həm də gecələri yatmadan"

Uzatmadan davam eləyim kaş xətrimi itirməsən
Barmaqlar daşa dönəcək əgər əlinlə isitməsən
Sabahım zühur olsun, şəfəqimə gəl
Parılda sən sağ yanım çürüyübdür dustaq o
Biri yarımda sən



Xətrinə dəymərəm heç bilirəm tez inciyənsən
Mən yox olsam illərcə, sən yenə gözləyərsən
Mənə yer-göy dar gələrdi
Bircə dəfə "hə" desən sən
Hərşeyin bir həddi varsa
Bu şairin həddi sənsən

Yaz, şair, yaz ki, boş qalmasın vərəq
Dayanma
Yaz, şair, yaz ki, daha da dərinə enək, sən
Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan
Yaz, şair, məhəbbətin meyvəsin dərək

Yenə yaz, şair, sığallasın yazıların külək
Özündən
Yaz, şair, əhvalın necədir bilək, dözümdən
Yaz, şair, ümidlərin ölübdürmü görək, ürəyini
Yaz, şair, çəkinmə, yaz şair

Çox da yaxına durma, uzaqlaş, ardınca baxım
Bəlkə də sən olardın həyatımda axırıncı qadın
O qədər dibə endim ki
Kədəri sətirə sancır adın
Butulkada içkinin sən sonuncu damcıları

Sancılarım daha da çökür
Min bir ağrı var könüldə
Sən mənim tək dərdim ən gözəl, şad günümdə
Əlimdən sutək axdın, öldü balıqlar gölümdə
Yadıma da düşmədin çünki
Içkiliydim ad günündə

Soldu ləçəklər gülümdə, yaşadım səncə nələr?
Qəlbə dəyən cümlələrin olubdur
Bir gəncə bədəl
Birinci ümid ölürsə yaşaya bilməz öncə bədən
Otağında işıq yanır, hərdən bax pənəcərədən

Gedərdim incimədən, qəlbini təmizləsən
Bakını dərd eləmə, ölkəni belə tərk edərəm
Hər şeyim sənlə bağlı, əgər ki, sən istəsən
Siqaret çəkmək nədir
Nəfəs alımağı tərgidərəm!

Alınmaz həqiqətən, heçnə yoluna düşmürsə
Yenə də içib şair axşam evinə dönmürsə
Əgər ki, xatirələr bakallarda ölmürsə
Deməli hələ də səni yazaram
Önümdə şam sönmürsə

Yaz, şair, yaz ki, boş qalmasın vərəq
Dayanma
Yaz, şair, yaz ki, daha da dərinə enək, sən
Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan
Yaz, şair, məhəbbətin meyvəsin dərək

Yenə yaz, şair, sığallasın yazıların külək
Özündən
Yaz, şair, əhvalın necədir bilək, dözümdən
Yaz, şair, ümidlərin ölübdü mü görək, ürəyini
Yaz, şair, çəkinmə, yaz şair

Arzuların günəşə dönür
Gecələr itir gözlərində
Səhərimi qaytar mənə açım sənin sözlərinlə
İndiki halıma yanan yalan yanır düzlərində
Mənliyini satan aşiq yoxa çıxırdı öz əlində

Axtarma sən heçvaxt tapmayacaqsan nə də ki
Məndən özgə yar damında qalmayacaqsan
Ağzıma gələni yazıb şahəsərim
Ərsə gəlirsə mənim başdan bəri bilirdim mən
Ayrılığda ağlayacaqsan

Dayanma sən, məktubları qucağla sən
Qanadım yox uçaq desən
Uzaqda sən, yaxın olaram "uzağ" desən
Leylim, yum gözümü, açarsan mən oyan desəm
Lalam mən, koram mən
Kar bilmirəm hayanda sən

Aldatma, məhlədəyəm, düş aşağı yağış yağır
O qəhvəyi buludlardan yağış yağır
Elə bilirsən unutmuşam xatirən hər qarışdadır
Və mən sənə aşiqəm deyə ruhumu bağışladım

Adətən özümə güvənirəm heçkimlə yarışmıram
Eşq elə bir şeydir ki
Bütün hissləri qarışdırar
Şeirimi yazdığım qız özlüyündə çox sevinmə
Qələmin gözəlliyidir səni vərəqimə yaraşdıran

Yaz, şair, yaz ki, boş qalmasın vərəq
Dayanma
Yaz, şair, yaz ki, daha da dərinə enək, sən
Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan
Yaz, şair, məhəbbətin meyvəsin dərək

Yenə yaz, şair, sığallasın yazıların külək
Özündən
Yaz, şair, əhvalın necədir bilək, dözümdən
Yaz, şair, ümidlərin ölübdü mü görək, ürəyini
Yaz, şair, yaz, şair

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio