BadClause Music - Yeddinci Ay mahnı sözləri (lyrics)
[BadClause Music - Yeddinci Ay mahnı sözləri lyrics]
Həmin sevgi mahnıları daha məni xatırlatmır
Qayğısız, nəvazişsiz körpə kimiyəm
Tərk edilmək üçün çox tezdir
Sənsizliyə yaşım çatmır
Bir ömür mənə dar gəlir
ağrılarımı izah etmək üçün
Bir vərəq yetəri qədər bəsdir
Eşqi kitab etmək üçün
İndi ziyan etmək üçün əlimdə
Tək canım qalıbdı o qədər ürək sözüm var ki
Deməmişəm heç yarım qalıbdı
Yoxdur dərd ortağım daha
Heç kimim qalmayıb artıq
Şərəfini görəcəyim günə saxladım
Badənin axrın həsrətin rahat buraxmır
Bu əzab qəlbimə yatıb
Artıq bir ay olacaq ki
Ölümdən betərdir həyatım
İnsafsız ol vur qır dağıt
Yaşaran gözümə baxma
Bir ömür arxamca bax razıyam amma
Üzümə baxma
Sən də hamı kimi ən dar anda get
Sözümə baxma əgər varsa sevgini ver mənə
Qalanını özünə saxla
İçində gözəl hisslərdi amma
Cismən səhv tanınırsan
Öldürür həyat eşqini boğur içində
Qəddar o insan
Basdırılan hər duyğunu tənhalıqla
Səhv salırıqsa
Nəyə gərəkdi sevgi ən sonunda tək qalırıqsa
Sənlə bir evin ayrı otaqlarında eşqə düşmüşük
Unudulan o mahnıların hər
Notunda birgə ölmüşük
Rəsminə gözüm düşüb, yağışlı vaxtlarda üşüyüb
Ağlayan gözlərindən öpdüyüm anları
Bir də düşün
Məsafələrə dözməyən eşq əlvidana təslim olub
Mən pis olub yolunu gözləyəndə
Gəldi qəmli sonum yaşımla islananda saçları
Gözümdən sərdim onu
Bir dəfə üzümə gülən gözəl neçə ildir ki
Dərdim olub
Aşiq olan ürək qəmgin halım ilə zalim olub
Saf eşqin bəyani nazlı yar əğyarə dair olub
Düşünür daim onu arzuladığı həyata sahib olub
Və keçib keçmişin izləri
Axı ayırıb tale yolu