BadClause Music, Kamil Samedli - Unutdun mahnı sözləri (lyrics)

[BadClause Music, Kamil Samedli - Unutdun mahnı sözləri lyrics]

Sənsiz uzaqların da rəngi ayrı
Sənsiz ulduzların rəsmi aydın
Utanmasam səni unudardım
Nə olsun ki sənsizəm düz bir aydır?
Rəqs eləyərdi qələm boş səhnədə
Göz yaşlarım onu alqışlayardı
Axrına çıxmasaydı əgər eşqin, bəlkə
Bir gün məni bağışlayardı

Geri dönüb alarmı qəm-kədərimi? Mən həminki
Divanə,  biraz dəli
Bir afətin qəlbisə viranədir
Iki cahan bu canıma sığar çətin
"Sənsiz ölərəm"
- deyəndən sonra qorxutmuşdun o
Gün bir az məni
Ertəsi gün ayrılanda yollarımız
Nə mən qorxmadım, nə sən ölmədin
Ayrı dünyalardayıq
Ayrı röyaların adamlarıyıq ayıq-sayıq
Aşiq uçurumdaymışıq biz, ümidimiz dəniz


Amma çoxdan batıb o qayıq
Yenə dardayıq sökülmüş hörüklərinin
Təlaşıyla yoldayıq
Uçurumların bir addımlığında yaralı
Qanadlarla intihardayıq

Biz ölmüşük həftələr öncəsindən
Bədən didərgin, boş qalıb məzar
Gələ bilmədik öhdəsindən bu hislərin və
Ayrılıq oldu tək cəza
Yorğunam daha sevdiyim o yardır
Qəlbə köz basan
"Ürək əzablardan olubdur bezar
Qələm göz yaşıyla bircə söz yazar"

Unutdun bəxt ulduzum söndü, dünyam qaraldı
Unutdun qəlbimdə susmayan bir səs ucaldı
Unutdun unutdun məni

Unutdun mənli xatirələr solub saraldı
Unutdun qəlbimdə susmayan bir səs ucaldı
Unutdun unutdun məni

Susur gözlərim ətrafa baxmır
Başqasını sənlə səhv salar deyə
Uzaqda yanaqların quruyar
Burda dolub daşanda dəryalar selə
Ruhum otağında ürəyim sənlədir
Yəni boş bədəndə tənhayam yenə
Alın yazımızda yuxu kimi bu tale
Yoxdur bir oyadan röyadan belə

Sevgi isti öpüş istər yanağa
Sevirəm deyə quru səslə olmaz
Getsin hamı, gedən təki sən olma, bil
Səndən özgə yeni səhifəm olmaz
Qəmlə dolan badələr intizarla adını çəkdirər
Səhvən olmaz yolumda yüz viran ürək
Həsrətdədir, hamısını yığsan, bir sən olmaz
Səsin qürbətdə
Siman xəyalımda vətənindəkitək ürəkdən gülür
Yad ocağına qığılcım oldu tər gülüm
Bir o qızdan özgə hər gedən dönüb
Tək keçən ömür qələmsiz vərəq kimidir
Sənsiz heç dadı-duzu yoxdur
Sənsiz həyata kor baxan gözümün səması var
Amma ay-ulduzu yoxdur

Göz yaşım düşən torpaqda şeir bitdi
Sətirləri dəstələdim sənə
Ovucuma sığmır hislərim
Amma mən dualarımı həsr elədim sənə
Dərk elədim ki, mən siman cənnətim
Eşitdiyim incə səsin azan
"Ürək əzablardan olubdur bezar
Qələm göz yaşıyla bircə söz yazar"

Unutdun bəxt ulduzum söndü, dünyam qaraldı
Unutdun qəlbimdə susmayan bir səs ucaldı
Unutdun unutdun məni

Unutdun mənli xatirələr solub saraldı
Unutdun qəlbimdə susmayan bir səs ucaldı
Unutdun unutdun məni

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio